Test. Konserv məsullarının istehsal texnologiyası Düzgün cavablar a bədindədir




Download 269 Kb.
bet13/14
Sana27.12.2019
Hajmi269 Kb.
#5620
1   ...   6   7   8   9   10   11   12   13   14

595. Ətin uzunmüddətli qızdırılması fosforun qeyri üzvi birləşmələrini artırır. Səbəbini göstərin

A) fosforlu zülalların və lipidlərin parçalanması

B) qlikogen fosforolizin başlanması

C) ətin lipidlərinin hidratlaşması

D) zülallarla lipidlərin qarşılıqlı təsiri

E) üzvi birləşmələrin miqdarının azalması

596. Ət məhsullarında qlikogenin hidrolizi nə vaxt baş verir

A) temperatur 100 0C-ni aşanda

B) aşağı temperaturda uzunmüddətli qızdıranda

C) məhsulda hidrogen ionları artanda

D) temperatur 60 0C-ni aşanda

E) temperatur 100 0C-ə yaxınlaşanda

597. Ətdə qlikogenin hidrolizinin son məhsulu nədir

A) qlükoza

B) fruktoza

C) saxaroza

D) maltoza

E) sellüloza

598. İstilik əməliyyatında ətdə əmələ gələn furfurol və oksimetilfurfurolun tünd-qəhvəyi rəng verməsini nə ilə izah edərsiniz

A) zülallarla və onların parçalanma məhsulları ilə qarşılıqlı təsiri

B) yağlarla və onların parçalanma məhsulları ilə qarşılıqlı təsiri

C) qlikogen və onların parçalanma məhsulları ilə qarşılıqlı təsiri

D) lipoidlər və onların parçalanma məhsulları ilə qarşılıqlı təsiri

E) ətin qeyri üzvi birləşmələri ilə qarşılıqlı təsiri

599. Kallogenin qlyutinə çevrilməsi ətə necə təsir edir

A) bərkliyini azaldır

B) heç bir təsiri yoxdur

C) bərkliyini artırır

D) su saxlanmasını azaldır

E) liflənməni artırır

600. Ət konservlərində sterilizasiyaya qədər ümumi bakterioloji çirklənmə 1 sm3-da neçə bakteriyadan çox olmamalıdır

A) 200000

B) 100000

C) 300000

D) 50000


E) 250000

601. Toyuğun ağ əti (döş əti) o biri ətlərindən nə ilə fərqlənir

A) yağın cüzi, həll olan azotlu maddələrin çox olması

B) zülalın cüzi, həll olan azotlu maddələrin çox olması

C) zülalın cüzi, dəyərli zülallarla zəngin ilması

D) yağın cüzi, mineral maddələrin zəngin olması

E) zülalların cüzi, mineral maddələrin zəngin olması

602. Diri çəkisinə görə ən çox cəmdək (ət) çıxımı verən ev quşu hansıdır

A) qaz və ördək

B) qaz və toyuq

C) qaz və hind quşu

D) ördək və toyuq

E) ördək və hind quşu

603. Hansı əti yetişmədən konservləşdirmək olar

A) toyuq ətini

B) camış ətini

C) qoyun ətini

D) mal ətini

E) keçi ətini

604. İri və xırda buynuzlu mal-qaranın dilinin maşınla soyulmasında hansı mexanizm tətbiq edilir

A) sentrafuqa

B) barabanlı qurğu

C) bakteriofuq

D) sürtgəc maşını

E) valçok

605. Duzlanmış dil konservi hazırlayanda duzlama davamiyyətini necə qısaltmaq olar

A) duzlamadan öncə dərisindən təmizləməklə

B) duzlamadan öncə pörtməklə

C) duzlamadan öncə deşdəkləməklə

D) duzlamadan öncə soyutmaqla

E) duzlamadan öncə soda məhlulunda saxlamaqla

606. Sümükdən yağı ayırandan sonra qalan bulyonda qatılıq hansı hədd daxilində olur

A) 4-5 %

B) 2-3 %


C) 5-6 %

D) 6-7 %


E) 1-2 %

607. Yağı çıxarandan sonra qalan bulyon harada istifadə olunur

A) yapışqan və jelatin alınmasında

B) yapışqan və texniki yağ alınmasında

C) yapışqan və heyvani yem alınmasında

D) jelatin və texniki yağ alınmasında

E) jelatin və heyvani yem alınmasında

608. Borulu sümüklərdən yağ ayrıldıqdan sonra onu hara yönəldirlər

A) sümük məmulatları hazırlanmasına

B) yem unu hazırlanmasına

C) gübrələrin tərkibinə qatılmağa

D) dərman preparatları hazırlamağa

E) texniki yağ üçün təkrar emala

609. Sümükdən yağın ayrılmasını asanlaşdırmaq üçün hüceyrələrarası maddənin möhkəmliyini necə azaldırlar

A) sümüyü xırdalayıb su əlavə edirlər və 70-75 0C-ə kimi qızdırırlar

B) sümüyü xırdalayırlar və duz məhlulunda qaynamaya qədər qızdırırlar

C) sümüyü yuyub, su əlavə edirlər və 70-75 0C-ə kimi qızdırırlar

D) sümük hüceyrələrinin bütövlüyünü pozurlar

E) sümüyü isti suda pörtürlər və üzvi həlledicilər qatırlar

610. Ət konservlərinin sterilizasiya rejimi və taranın hermetikliyi pozulanda konservlərdə nə müşahidə olunur

A) süd turşusu bakteriyalarına, mayalara, kiflərə təsadüf olunur

B) süd turşusu bakteriyalarına, botulizm mikroblarına təsadüf olunur

C) toksogen və patogen mikroorqanizmlərə təsadüf olunur

D) süd turşusu bakteriyalarına və patogen mikroorqanizmlərə təsadüf olunur

E) kif göbələklərinə və anaerob mikroorqanizmlərə təsadüf olunur

611. Ət konservlərində Cl. botulinium inkişaf etdiyi hallarda konserv hansı xüsusiyyət kəsb edir

A) məhsul zəif pendirdən çürüntüyədək iyə malik olur

B) məhsul üfunətli kəskin iyə malik olur

C) məhsul kəskin qıcqırmış iyə malik olur

D) məhsul kifayət qədər çürüntü iyə malik olur

E) demək olar ki, məhsul heç bir dəyişməyə malik olmur

612. Sümük ətdən ayrılandan sonra təyin edilmiş müddətdən gec olmayaraq emala verilməlidir. Gecikmə olarsa nə ilə nəticələnə bilər

A) yağlar havanın O2 ilə oksidləşər

B) bakterioloji xarabolma proses başlayar

C) sümükdə rəngin qaralması baş verər

D) sümük məmulat üçün yararsızlaşar

E) onlardan hazırlanan bulyon kənar iyli olar

613. Hansı sümükdən yüksək keyfiyyətli açıq rəngli yeyinti yağı almaq olar

A) lülə sümüyündən

B) sıravi sümükdən

C) qığırdaqlı sümükdən

D) yastı sümükdən

E) bütün sümüklərin qarışığından

614. Balıq ətində nüvə əzələ toxumasının hansı hissəsində yerləşir

A) sarkolemmanın yaxınlığında

B) sarkoplazmanın yaxınlığında

C) miofibrillərin arasında

D) sarkozomaların arasında

E) sarkozomaların yaxınlığında

615. Oksidləşmə-bərpaetmə və fosforlaşdırıcı fermentlər balıq ətinin hansı hissəsində yerləşir

A) sarkozomada

B) sarkolemmada

C) sarkoplazmada

D) miotomlarda

E) lizosomlarda

616. Zülallar və yağlar hansı qrup balıqlarda üstünlük təşkil edir

A) köçəri balıqlarda

B) yarım köçəri balıqlarda

C) şirinsu balıqlarında

D) duzlu suda məskunlaşan balıqlarında

E) stasionar balıqlarında

617. Balığın üst səthinə ifraz olunan seliyin tərkibində üstünlük təşkil edən maddə hansı mənşəlidir

A) zülal

B) lipid


C) lipoid

D) ferment

E) karbohidrat

618. Bəzi balıqlarda müəyyən hissələrdə ətin (əzələ toxumasının) rəngi tünd-qonuru rənglidir. Belə rəngə balığın hansı hissəsində rast gəlinir

A) ortasında və böyürlərində

B) başın yaxınlığında

C) qarın boşluğunda

D) quyruq üzgəcinə yaxın

E) qəlsəmələrdə

619. Balıqda toplanan azot əsaslı uçucu kükürdlü birləşmələr və uçucu yağ turşuları hansı prosesin məhsuludur.

A) zülalların bakterioloji parçalanma

B) lipidlərin bakterioloji parçalanma

C) lipoidlərin bakterioloji parçalanma

D) qlikogenin bakterioloji parçalanma

E) sulu karbonların bakterioloji parçalanma

620. Balığın uzun müddətli saxlanması tələb olunmursa nə etmək lazımdır

A) O 0C-ə yaxın temperaturadək soyutmaq

B) -2 0C-ə temperaturadək soyutmaq

C) yaxşı havalanan yerdə saxlamaq

D) soyuq hava üfürmək

E) duzlu suda saxlamaq

621. Balığın zülallarının bakterioloji parçalanmasında azot əsaslı uçucu yekun məhsulunu seçin

A) ammonyak, sadə aminlər

B) ammonyak, kükürd anhidridi

C) ammonyak, merkantanlar

D) ammonyak, skatol

E) ammonyak, indol

622. Balığın əzələ şirəsində pH yüksəlməsinə (6,6-7,0-ə qədər) səbəb nədir

A) ətdə aminsizləşmə mıhsullarının toplanması

B) ətdə uçucu birləşmələrin toplanması

C) ətdə oksidfləşmə məhsullarının toplanması

D) ətdə ölüm qıcımasının başlanması

E) ətdə qlikoliz prosesinin başlanması

623. Balıq ətində antomiozin kompleksinin aktin və miozinə dissosiasiyası nə vaxt baş verir

A) katepsin və peptidazın fəallığı zəifləyəndə

B) katepsin və peptidazın fəallığı artanda

C) katepsin və lipazanın fəallığı zəifləyəndə

D) katepsin və amilazanın fəallığı zəifləyəndə

E) katepsin və lipazanın fəallığı artanda

624. Balıq ətini saxlayarkən katepsin və peptidazın fəallığının zəifləməsi nə ilə bağlıdır

A) əzələ şirəsində aktiv turşuluğun yüksəlməsilə

B) əzələ şirəsində aktiv turşuluğun düşməsilə

C) əzələ şirəsində aktiv turşuluğun yüksəlməsilə

D) əzələ şirəsində uçucu turşuluğun azalması ilə

E) əzələ şirəsində ümumi turşuluğun yüksəlməsilə

625. Saxlama zamanı balıq ətində zülalların su saxlama, suda və duz məhlullarında həllolma qabiliyyətinin yüksəlməsinə səbəb nədir

A) aktomiozinin aktin və miozinə parçalanması

B) kallogenin hidrolitik parçalanması

C) hidrofil azotlu maddələrin toplanması

D) aktomiozin kompleksinin möhkəmlənməsi

E) qlikoproteid kompleksinin möhkəmlənməsi

626. Konservləşdirmədən öncə balıq xammalının texnoloji emalında aktomiozin kompleksinin dissosiasiyası zülallara necə təsir edir

A) hidratlaşma dərəcəsini və su saxlama qabiliyyətini gücləndirir

B) hidratlaşma dərəcəsini və su saxlama qabiliyyətini zəiflədir

C) hidratlaşma dərəcəsini və su saxlama qabiliyyətini stabilləşdirir

D) oksidləşmə dərəcəsini və su saxlama qabiliyyətini artırır

E) oksidləşmə dərəcəsini və su saxlama qabiliyyətini zəiflədir

627. Müxtəlif növ balıqlarda donma hansı temperaturdan başlayır

A) -06-n -20C-ə kimi

B) -04-n -20C-ə kimi

C) -1-n -20C-ə kimi

D) -0,6-n -2,50C-ə kimi

E) -0,5-n -2,50C-ə kimi

628. Balığın əzələ şirəsində donmağa başladığı temperatura hansı amillər təsir edir

A) əzələ şirəsindəki duzların və üzvi maddələrin qatılığı

B) balıq ətindəki zülalların faizlə miqdarı

C) balıq ətindəki lipidlərin faizlə miqdarı

D) əzələ şirəsindəki sulu karbonların miqdarı

E) balıq xammalının növü və yaş həddi

629. Balığı dondurarkən buz kristalları ilə birgə əzələ şirəsindəki həll olan maddələrin kristalları da əmələ gəlir və məhlul bircinsli qarışıq şəklində bərkiyir. Bu hadisə necə adlanır

A) evtetik nöqtə

B) krioskopik nöqtə

C) izoelektriki nöqtə

D) klimakterik nöqtə

E) krotin nöqtə

630. Balığın əzələ şirəsindəki həll olan maddələrin su ilə birgə donması hansı temperaturda baş verir

A) -60 0C

B) -30 0C

C) -40 0C

D) -70 0C

E) -18 0C

631. Dondurulmuş balığı saxlayanda onlarda qismən hansı dəyişmə müşahidə olunur

A) səthdə quruma və yağların oksidləşməsi

B) səthdə selikləmə və yağların oksidləşməsi

C) səthdə quruma və yağların hidrolizi

D) səthdə selikləmə və yağların hidrolizi

E) səthdə quruma və zülallartın denaturasiyası

632. Donmuş balığı saxlayarkən onda baş verən fiziki-kimyəvi dəyişmələr nə ilə müşahidə olunur

A) pis iy və acımış tamla

B) pis iy və şor tamla

C) pis iy və rəng tündləşməsilə

D) xoşagəlməz iy və tamla

E) üfunətli iy və turşumuş tamla

633. Saxlamadan öncə donmuş balıqları temperaturu 5 0C-n yuxarı olmamaqla iki qat olaraq 5-10 san. ərzində soyuq suya yükləməklə qlazurlayırlar. Məqsəd nədir

A) saxlamada qurumanı və yağların oksidləşməsini aradan qaldırmaq

B) saxlamada qurumanı və yağların hidrolizini aradan qaldırmaq

C) saxlamada seliklənməni və yağların oksidləşməsini aradan qaldırmaq

D) saxlamada qurumanı və zülalların denaturasiyasını aradan qaldırmaq

E) saxlamada seliklənmə və zülalların denaturasiyasını aradan qaldırmaq

634. Saxlama kamerasında qlazurlanmış balıq hansı hadisə ilə üzləşir

A) sublimasiya

B) kütlə mübadiləsi

C) bakterioloji

D) hidratasiya

E) koaqulyasiya

635. Qlazurlanmış balıqları saxlayarkən onlara oksidləşmə əleyhinə olan maddələr qatılır. Bu qlazurda dondurulmuş balıqların saxlanma müddətini neçə ay uzada bilir

A) 2-3

B) 5-6


C) 1-2

D) 3-4


E) 0,5-1,0

636. Balığın donunun açılması zamanı buzun əriməsi ilə yanaşı hansı poseslər baş verir

A) mürəkkəb fiziki-kimyəvi

B) mürəkkəb bakterioloji

C) mürəkkəb kimyəvi, biokimyəvi

D) mürəkkəb histoloji-kimyəvi

E) mürəkkəb fiziki, bakterioloji

637. Balığın donu açılarkən onun hansı tərkib hissələri əsaslı dəyişməyə məruz qalır

A) zülallar

B) yağlar

C) vitaminlər

D) karbohidratlar

E) minerallar

638. Balığın donunun açılmasında fiziki-kimyəvi dəyişmə dedikdə əsasən hansı proses başa düşülür

A) zülalların denaturasiyası

B) karbohidratların oksidləşməsi

C) yağların oksidləşməsi

D) yağların hidratasiyası

E) vitaminlərin parçalanması

639. Balığı yumaq üçün hansı tipli yuma maşınlarından istifadə olunur

A) barabanlı, konveyerli və ya kürəkli

B) barabanlı, unifikasiyalı və ya silkələyici

C) fırçalı, konveyerli və ya kürəkli

D) fırçalı, kürəkli və ya barabanlı

E) fırçalı, kürəkli və ya silkələyici

640. Balıqlardan müxtəlif çeşidli konservlər hazırladıqda iri və orta ölçülü balıqları bankaların ölçülərinə uyğun olaraq parçalara bölürlər (doğrayırlar). Konservləşdirmədə bu əməliyyat necə ifadə olunur

A) paylaşdırma

B) hissələrə ayırma

C) doğrama

D) xırdalama

E) parçalama

641. Balığı ayırmadan və doğramadan sonra onu müxtəlif üsullarla duzlayırlar. Duzlamadan sonra balıq ətində duz %-lə nə qədər olmalıdır

A) 1,5-2

B) 1,0-1,5

C) 2,0-2,5

D) 2,5-3,0

E) 2,0-3,0

642. Qızartmadan öncə balıq ətini unlayırlar. Unlama nəyə xidmət edir

A) xoşagələn iy və dadın formalaşmasına

B) payların bütövlüyünün pozulmamasına

C) ətə yağın hopmasının azalmasına

D) su-yağ mübadiləsinin tənzimlənməsinə

E) kütlə mübadiləsinin tənzimlənməsinə

643. Unlanmış balığı qızardanda yüksək temperatur və nəm mühitdə unda hansı proseslər baş verir

A) sulu karbonlar qismən parçalanır, nişasta dekstrinləşir, şəkərlər qismən karamelləşir

B) sulu karbonlar qismən parçalanır, zülallar koaqulyasiya edir, şəkərlər qismən karamelləşir

C) sulu karbonlar hidratasiya edir, nişasta parçalanır

D) nişasta dekstrinləşir, şəkərlər isə meloidinləşirlər

E) sulu karbonlar qismən parçalanırlar, qızılı qazmaq əmələ gəlir

644. Balıq konserv zavodlarında balığı qaynar su, qızdırılmış duz məhlulu və ya buxarla pörtürlər. Axırıncıya nə üçün üstünlük verilir

A) ekstraktiv maddələr az itir

B) suyu özünə az birləşdirir

C) emal müddəti qısa olur

D) balıq parçalarını bütöv saxlayır

E) vitamin itkisini azaldır

645. Balığı pörtəndə nə üçün daha açıq rəngli olur və əti kipləşir (sıx olur)

A) zülalların koaqulyasiyası baş verir, nəmlik qismən ayrılır, üst qatdakı fermentlər inaktivləşir

B) zülalların denaturasiyası baş verir, nəmlik qismən itir, üst qat fermentləri inaktivləşir

C) zülalların koaquliyası baş verir, nəmlik qismən artır, toxuma fermentləri daha da fəallaşır

D) zülalların denaturasiyası baş verir, nəmlik qismən artır, toxuma fermentləri məhv olur

E) zülalların koaquliyası baş verir, nəmlik qismən azalır, lipidlər oksidləşirlər

646. Unlanmış balıq ətini qızardanda başlanğıcda temperatur 75-80 0C olanda unlanmış qatın qazmağı ilə balıq ətinin səthi arasındakı əlaqə güclənir. Bunu stimullaşdıran nədir

A) unun yapışqanlanması

B) unun qazmaqlaşması

C) unun nişastasının şişməsi

D) azacıq qlükozanın yaranması

E) nişastanın dekstrinləşməsi

647. Balığın qızardılmasının hansı temperatur mərhələsində nişastanın susuzlaşması və dekstrinləşməsi baş verir

A) 105-120 0C-də

B) 120-130 0C-də

C) 130-140 0C-də

D) 170-175 0C-də

E) 150-160 0C-də

648. Qızartma prosesində nişastanın daha dərin parçalanma məhsulları hansılardır

A) amilaza və amilopektin

B) amilaza və amiloproteid

C) amilaza və dekstrin

D) amilaza və qlükoza

E) amilaza və maltoza

649. Balığın qızardılmasında temperatur 120 0C-ni aşanda sarı-qızılı və açıq qəhvəyi maddələrin əmələ gəlməsi yaxşı tam və ətir formalaşdırır. Buna səbəb nədir

A) şəkər və dekstrinin karamelləşməsi

B) şəkər və qlikogenin karamelləşməsi

C) şəkər və amilazanın karamelləşməsi

D) nişastanın dərin parçalanması

E) nişastanın dekstrinləşməsi

650. Qızartmada yağ hüceyrələrinin pozulmasından balıq toxumasından yağ qismən bitki yağına keçir, nəticədə yağlar qarışığı hidroliz olur. Nəticədə nə baş verir

A) yağın turşuluğu artır

B) yağın turşuluğu azalır

C) yağ mübadiləsi pozulur

D) yağın turşuluğu dəyişmir

E) yağ kəskin oksidləşir

651. Balığın qismən qurudulmasında yağın balığın səthinə ayrılması baş verir. Bu zaman yağda hansı dəyişmələr olur

A) yağlar qismən hidroliz olur və oksidləşir

B) yağlar qismən hidroliz olur, yağın miqdarı azalır

C) yağlar qismən oksidləşir, dad dəyişir

D) yağda heç bir dəyişiklik müşahidə olunmur

E) yağlar oksidləşir və səthdə acılaşma olur

652. Balığın qismən qurudulmasında əzələ toxumasından nəmliyin buxarlanması əsasən nədən asılı olur

A) istilik axınının sıxlığından

B) istiliyin verilmə üsulundan

C) qızdırıcı agentin tərkibindən

D) qızdırıcı agentin temperaturundan

E) qızdırma prosesinin davamiyyətindən

653. Balığın qismən qurudulması intensivliyinə hansı amillər təsir edir

A) havanın temperaturu, nəmliyi və hərəkət sürəti

B) ) havanın temperaturu, nəmliyi və verilmə üsulu

C) ) havanın temperaturu, nəmliyi və tərkibi

D) havanın parametrləri və balığın yağlılığı

E) balığın kimyəvi tərkibi və konsistensiyası

654. Təbii balıq konservləri istehsalında təmizlənmiş bəzi balıqları 95-98 0C temperaturlu suda 1-3 dəqiqə pörtürlər. Pörtmə hansə balıqlara şamil edilir

A) nərə

B) siyənək



C) paltus

D) lasos


E) treska

655. Təbii balıq konservi hazırlayanda hansı iri balığın dərisi soyulur

A) beluqa

B) sviryuqa

C) osetri

D) laxa


E) sıf

656. Jeledə təbii balıq konservləri istehsal edəndə balığa ədviyyatdan bağqa nə əlavə edilir

A) aqar, jelatin və ya aqarlı balıq bulyonu

B) aqar, jelatin və ya jelatinli duz məhlulu

C) aqar, jelatin və ya qatılaşdırılmış balıq bulyonu

D) jelatinli balıq bulyonu və ya aqarlı duz

E) aqarlı balıq bulyonu və ya jelatinli duz məhlulu

657. Hansı balıqlardan ilkin istilik emalı aparmadan tomat sousunda konserv hazırlanır

A) salaka və treskanın ciyəri

B) çəki və treskanın ciyəri

C) skumbriya və treskanın ciyəri

D) karp və xanının ciyəri

E) salaka və xanının ciyəri

658. Qismən qurudulmuş balıqdan tomat sousunda konserv hazırladıqda balıqda nəmlik %-lə hansı həddi aşmamalıdır



  1. 68

  2. 58

  3. 78

  4. 48

  5. 88

659. Oksidləşmə-bərpaetmə və fosforlaşdırıcı fermentlər balığın hansı hissəsində yerləşir

  1. sarkozomaların miofibrilləri arasında

  2. sarkoplazma qatında

  3. polipeptid zəncirində

  4. polinukleotid zəncirində

  5. sarkolemma qatında

670. Bir çox balıqlarda (skumbriya, stavrida və s.) balığın orta və yan (böyür) hissələrində qandaşıyan damarların daha sıx şəbəkəsi olur. Bu balıq ətinin rənginə nə cür təsir edir

  1. tünd-qonuru rəng kəsb edir

  2. tünd qırmızı rəng kəsb edir

  3. tünd narıncı rəng kəsb edir

  4. qaratəhər rəng kəsb edir

  5. açıq boztəhər rəng kəsb edir

671. Balığın əzələ toxumasının fibrilyar zülallarının və sarkoplazma zülallarının həll olmasının tədricən zəifləməsi sterilizasiyanın hansı mərhələsində baş verir

  1. sterilizasiyanın başlanğıcında temperatur 40 0C-ni keçəndə

  2. sterilizasiyanın ortalarında temperatur 60 0C-ni keçəndə

  3. sterilizasiyanın orta temperaturunu keçəndə 80 0C-də

  4. xalis sterilizasiya temperaturuna çatanda

  5. sterilizasiya tam sona çatandan sonra

672. Balıq məhsullarının sterilizasiyasında konserv bankasının boşluqlarında hansı maddələr toplanır

  1. uçucu maddələr

  2. mineral maddələr

  3. ekstraktiv maddələr

  4. piqment maddələri

  5. müxtəlif qazlar

673. Balıq konservləri istehsalında hidrogen sulfid hansı prosesdə əmələ gəlir

  1. sterilizasiyada

  2. pörtmədə

  3. qızartmada

  4. duzlamada

  5. unlamada

674. Qızartma nəticəsində balıq məhsullarında, xüsusilə də tomat əlavəsi olanlarda qonur rəngli birləşmələr əmələ gəlir. Buna səbəb nədir

  1. aminli və karbonilli birləşmələr arasındakı reaksiya

  2. aminli birləşmələrlə sulu karbonlar arasındakı reaksiya

  3. karbonilli birləşmələrlə sulu karbonlar arasındakı reaksiya

  4. aminli birləşmələrlə lipidlər arasındakı reaksiya

  5. karbonilli birləşmələrlə lipidlər arasındakı reaksiyalar

675. Sterilizasiyadan sonra yengəc konservlərini nə üçün tez soyutmaya məruz edirlər

  1. yengəc ətinin rənginin dəyişməsinin qarşısını almaq üçün

  2. mikroorqanizmlərə zərbə vurmaq üçün

  3. ətin həll bişməsinin qarşısını almaq üçün

  4. zülalların dərin parçalanmasının qarşısını almaq üçün

  5. lipidlərin hidratasiyasının qarşısını almaq üçün

676. Sterilizasiyadan sonra zəif soyutmada yengəc konservlərində nə baş verir

  1. yarımşəffaf struvit kristalları əmələ gəlir

  2. yarımşəffaf fosfor turşusunun kalsium duzları əmələ gəlir

  3. bulantılı fosfor turşusunun natrium duzları əmələ gəlir

  4. qeyri-şəffaf struvit duzları əmələ gəlir

  5. qaramtıl rəngli fosfor turşusunun ammonium duzları əmələ gəlir

677. Yengəc ətini 110 0C-də sterilizasiya edəndə ondan müəyyən miqdarda ...... ayrılır. Nöqtələrin yerində hansı variant olmalıdır

  1. hidrogen sulfid

  2. kükürd anhidridi

  3. peroksid

  4. karbon qazı

  5. ammonyak

678. Yengəc konservinin sterilizasiyasında əmələ gələn kükürdlü birləşmə dəmir və qalayla sulfidlər əmələ gətirir. O, hansı qüsurları yaradır

  1. tarada, perqamentdə, ətdə tünd göy və tünd qara ləkələr

  2. qabda, perqament kağızında tünd qırmızı və tünd qonuru ləkələr

  3. yengəc ətinin səthində tünd bənövşəyi və tünd qara ləkələr

  4. qabın divarlarında və yengəc ətində tünd qara ləkələr

  5. qabın divarlarında və perqament kağızında tünd bənövşəyi ləkələr


Download 269 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   14




Download 269 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Test. Konserv məsullarının istehsal texnologiyası Düzgün cavablar a bədindədir

Download 269 Kb.