• Təsir sönməsinin ölçülməsi
  • Şəkil 14.1. Dövrədə təsir sönməsinin ölçülməsi sxemi
  • İşçi sönmə və işçi güclənmənin ölçülməsi
  • Şəkil 14.2. İşçi sönmənin ölçülməsi zamanı alınan güclərin müqayisəsi: a)P
  • Şəkil 14.3. Məlum generator üsulu ilə işçi sönmənin ölçülməsi
  • RABİTƏ DÖVRƏSİNİN PARAMETRLƏRİNİN DƏYİŞƏN CƏRƏYANLA




    Download 1.11 Mb.
    bet16/22
    Sana18.09.2020
    Hajmi1.11 Mb.
    #11408
    1   ...   12   13   14   15   16   17   18   19   ...   22

    RABİTƏ DÖVRƏSİNİN PARAMETRLƏRİNİN DƏYİŞƏN CƏRƏYANLA ÖLÇÜLMƏSİ

    Dördqütblülərdə ölçülən sönmələr

    Rabitə zamanı siqnalın para­metrləri xəttin parametrlərindən asılı olaraq dəyişir, yəni siqnal zəifləyir. Rabitədə bu zəifləməyə sönmə deyilir. Başqa sözlə sönmə ötürülən hormonik siqnalın dördqütblüdən keçdikdə energetik ölçüsünü xarakterizə edən loqarifmik kəmiyyət olub dördqütblünün çıxı­şındakı gücün girişindəki gücə nisbətən azalmasıdır. Sön­mənin vahidi siqnalın səviyyəsinin ölçü vahidi kimi onluq loqarifma ilə ölçüldükdə desibel, natural loqarifma ilə ölçül­dükdə Neper ilə ifadə olunur. Bu vahid ilk dəfə natural loqarif­manı kəşf etmiş ingilis alimi Con Neperin şərəfinə adlan­dırılmışdır. Sönmə Neper və desibellə ifadə edildikdə aşağıdakı kimi təyin olunur:



      (14.7 )

    Burada P1 - dördqütblünün giriş gücü, P2 – dördqütblünün çıxışında əmələ gələn gücdür.

    Rabitə texnikasında informasiya ötürən dördqütblüləri xarakterizə edən aşağıdakı sönmə növləri ölçülür:


    • Təsir sönməsi;

    • İşçi sönmə;

    • Xüsusi ( xarakteristik ) sönmə.

    Lakin sönmə anlayışı dördqütblülərdə təsadüfi və parazit müqavimətlər nəticəsində əmələ gəlib maneə yaradaraq rabitənin keyfiyyətinə pis təsir edən bəzi parametrləri də xarakterizə edir. Bu zaman sönmə termini maneə siqnalının mənbəyini xarakterizə edir. Rabitə texnikasında işçi sönmə və güclənmə, xüsusi sönmə, təsir sönməsi, keçid sönməsi, qalıq sönməsi, əks olunma, balans sönməsi, asimmetriya sönməsi və s. ölçülür.

    Sönmənin əksi güclənmədir. Sönmə və güclənmə kanalda normada olmalıdır və istismar vaxtı buna nəzarət edilir. Güclənmə normadan az olduqda maneə siqnalının təsiri çoxalır.



    Təsir sönməsinin ölçülməsi

    Təsir sönməsi xəttin girişinə verilən gücün onun çıxışına qoşulmuş yükdə ayrılan gücə nisbətinin loqarifmidir:

     ( 14.8 )

    Təsir sönməsini ölçmək üçün dördqütblünün Zyük yük müqavimətini generatorun çıxışı­na qoşub onun üzərində ayrılan P1 gücü ölçülür və sonra generatoru dördqütblünün girişinə, yük müqavimətini isə dördqütblünün çıxışına qoşub, üzərində ayrılan P2 gücü ölçülərsə, onların nisbətinin loqarifmindən alınan kəmiyyət hesablanır ( şəkil 14.1 ).





    Şəkil 14.1. Dövrədə təsir sönməsinin ölçülməsi sxemi

    Ölçmə apardıqda generatora qoşulmuş məlum yük müqaviməti Zyük üzərindəki Uyük ölçülüb P1 gücü tapılır ( şəkil 14.1 a ), sonra isə həmin yük müqavimətini dördqütblünün çıxışına qoşub Uyük gərginliyi ölçülür və P2 gücü tapılır ( şəkil 14.1 b ). P1 və P2 vasitəsilə ( 14.8 ) düsturuna əsasən at təsir sönməsi hesablanır:



     ( 14.9 )

    İşçi sönmə və işçi güclənmənin ölçülməsi

    İşçi sönmə verilmiş işçi şəraitdə xəttin iş rejimini təyin edir. İstifadə olunan ötürmə sistemlərində dövrənin dalğa müqavimətinin stansiya avadanlıqlarının müqavimətləri ilə razılaşdırılması rejimini bütün tezlik diapazonunda təmin etmək praktik olaraq mümkün deyildir. Müqavimətlərin razılaşdırılmaması səbəbindən ötürülən siqnalların gücünün əlavə itkisi baş verir. Razılaşdırılmış rejimdən fərqli olaraq belə rejim işçi rejim və bu zaman elektrik siqnalının məruz qaldığı sönmə işçi sönmə adlanır. İşçi rejim dördqütblünün girişinə təsir edən generatorun Z1 müqaviməti və onun çıxışına qoşulmuş Z2 yük müqaviməti ilə xarakterizə olunur. İşçi sönmə a dedikdə P1 və P2 güclərinin müqayisəsinin nəticəsi nəzərdə tutulur. P1 müəyyən E elektrik hərəkət qüvvəsinə və müəyyən Z1 daxili müqavimətinə malik generatora birbaşa qoşulmuş razılaşdırılmış yükdə ayrılmış gücdür ( şəkil 14.2 a ). P2 həmin generatorun girişə qoşulması zamanı dördqütblünün verilmiş Z2 yükündə alınan gücdür ( şəkil 14.2 b ).





    Şəkil 14.2. İşçi sönmənin ölçülməsi zamanı alınan güclərin müqayisəsi: a)P1 b) P2

    Belə ki, şəkil 14.2 a – da U1 = E / 2 olduğu üçün a gərginliklərin nisbəti şəklində aşağıdakı kimi ifadə olunur.

    a = ln │E/2U2│+ 1/2ln│Z2/ Z1│ Np

    a = 20 lg│E/2U2│+ 10lg│ Z2/ Z1│dB ( 14.10 )

    Burada E – generatorun elektrik hərəkət qüvvəsi, U1 – generatorun çıxışına qoşulmuş razılaşdırılmış yükdə alınan gərginlik, U2 – dördqütblünün çıxışına qoşulmuş Z2 yükündə alınan gərginlik, Z1 – generatorun daxili müqavimətidir.

    Ölçmə başlanğıc gücü P, tezliyi f , elektrik hərəkət qüvvəsi E və daxili müqaviməti Z1 məlum parametrlərə malik generatorla aparıldığı üçün buna məlum generator üsulu deyilir. Ölçmə aparmaq üçün şəkil 14.3 – də göstərilən sxemdən istifadə olunur:





    Şəkil 14.3. Məlum generator üsulu ilə işçi sönmənin ölçülməsi

    Sxemə əsasən a – in ölçülməsi səviyyələr fərqini iki halda hesablama üsulu ilə təyin etməyə imkan verir. Birinci halda SM sönmə mağazasının xarakteristik müqaviməti ZM = Z1 götürülür.

    a = p1 – p2 + 10 lg │Z2 / Z1│ ( 14.11 )

    burada p1 – sönmə mağazasının çıxışındakı açarın aşağı vəziyyətində sönmə mağazasının sönməsinin sıfıra bərabər olduğu halda SG səviyyə göstəricisinın göstərişi, p2 – dördqütblünün çıxışında açarın yuxarı vəziyyətində alınan səviyyədir. 10 lg │Z2 / Z1│ hesablama yolu ilə tapılır. İkinci halda SM – in sönməsini tənzimləməklə p1 = p2 – yə nail olunur və

    a = aM + 10 lg │Z2 / Z1│ ( 14.12 ) olacaqdır. aM kanalda p1 = p2 olduqda sönmənin qiymətidir.

    Müqayisə üsulu ilə ölçmələr nisbətən dəqiq nəticələr verir, çünki SG – nin göstərişinə və SM – in dəqiqlik sinfinə görə hesabatda səhvlər istisna edilir.




    Download 1.11 Mb.
    1   ...   12   13   14   15   16   17   18   19   ...   22




    Download 1.11 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    RABİTƏ DÖVRƏSİNİN PARAMETRLƏRİNİN DƏYİŞƏN CƏRƏYANLA

    Download 1.11 Mb.