• Şəkil 14.4 . Z üsulu ilə işçi sönmənin ölçülmə sxemi
  • Şəkil 14.5. Məlum generator üsulu ilə işçi güclənmənin ölçülmə sxemi
  • Şəkil 14.6. Xüsusi sönmənin ölçülmə sxemi
  • VƏ vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat




    Download 1.11 Mb.
    bet17/22
    Sana18.09.2020
    Hajmi1.11 Mb.
    #11408
    1   ...   14   15   16   17   18   19   20   21   22

    Ekvivalent generator üsulunda generatorun tələb olunan Z1 müqaviməti istənilən mənbədə süni şəkildə, yəni mənbənin çıxışına ZM = Z1 xarakteristik müqavimətinə malik olan sönmə mağazası qoşmaqla və 20 dB və daha yüksək sönmə yaratmaqla əldə edilir. Bu vaxt sönmənin qiymətinin yüksək olması ilə SM – nin giriş müqavimətini xarakteristik müqavimətinə bərabər hesab etmək olar.



    Şəkil 14.4 . Z üsulu ilə işçi sönmənin ölçülmə sxemi

    Ekvivalent generatorun Z üsulu ilə alınma qaydası geniş yayılmışdır. Z üsulu ilə işçi sönmənin ölçülmə sxemi əsasən traktın ayrı – ayrı elementlərinin ölçülməsində istifadə olunur. Şəkil 14.4 – də göstərilən sxemə əsasən açarın aşağı vəziyyətində yüksək omlu göstərici qurğu SM – nın razılaşdırılmış yüklənmiş çıxışında U1 gərginliyini ( p1 səviyyəsini ) qeyd edir. Açarın yuxarı vəziyyətində U2 gərginliyinə dördqütblünün verilmiş Z2 işçi yükündə nəzarət edilir. am = 0 olduqda U1 = E / 2 və  ( 14.13 )

    Ölçmə müqayisə üsulu ilə aparıldıqda SM – nın sönməsini tənzimləməklə U1 = U2 ( p1 = p2 ) əldə edilir və  (14.14)

    Ümumi halda

    a = p1 – p2 + am + 10 lg Z2 / Z1 ( 14.15)

    İşçi güclənmə əks işarə ilə götürülmüş işçi sönməsinə bərabərdir. Şəkil 14.3 – dəki sxemdə dördqütblünün yerinə gücləndirici qoşduqda şəkil 14.5 – də göstərilən sxem alınar. Sxemə əsasən

    S = p2 – p1 + am – 10 lg Z2 / Z1 ( 14.16 )

    am kəmiyyəti generatorun çıxışındakı gərginliyə görə elə seçilməlidir ki, gücləndiricinin girişindəki səviyyə onun amplitud xarakteristikasının düzxəttli hissəsində olsun. P2 = P1 mümkünlüyü nəzərə alındıqda,

    S = am – 10 lg Z2 / Z1 ( 14.17 ) olacaqdır.





    Şəkil 14.5. Məlum generator üsulu ilə işçi güclənmənin ölçülmə sxemi

    Sönmə və güclənməni ölçmək üçün istehsalatda İQ – 200, MZ – 600, İRZU cihazlarından istifadə olunur.



    Dördqütblünün xüsusi ( xarakteristik ) sönməsinin ölçülməsi

    Dördqütblünün xüsusi və ya xarakteristik sönməsi dedikdə hər iki tərəfdən razılaşdırılmış müqavimətlərlə yüklənmiş dördqütblünün giriş və çıxış güclərinin nisbətinin loqarifması nəzərdə tutulur. Dördqütblünün xarakteristik müqavimətinin tezlikdən asılılığı məlum olmadığı üçün xüsusi sönmənin ölçülməsi zamanı əlavə ölçmələr tələb olunur. Razılaşdırılmış müqavimətlərin alınması çətin olduğundan xüsusi sönmənin təyin edilməsi çətinlik törədir. Rabitə avadanlıqlarının bloklarının xüsusi sönməsi istehsal şəraitində ölçülüb təyin edilir və nəticədə rabitə kompleksinin və xəttinin ümumi xüsusi sönməsi məlum olur. Dördqütblünün xüsusi sönməsinin qiyməti 2 – 3 – dB – dən çox olduqda səviyyələr fərqi, müqayisə, qısa qapanma üsulu ilə ölçülür. Xüsusi sönmə 2 dB - dən az olduqda ölçmənin nəticəsinə müxtəlif faktorların təsirindən xətalara yol verməmək üçün birbaşa ölçmə, xarakteristik və giriş müqavimətlərini ölçüb sönməni hesablamaq və voltmetr üsulu ilə ölçmə aparılır.

    Dördqütblünün xüsusi sönməsi müvafiq olaraq Zxüs1 = Zgir və Zxüs2 = Zçıx üzərində ayrılmış Pgir və Pçıx gücləri əsasında hesablanır. Zxüs1 – dördqütblünün xarakteristik

    ( xüsusi ) müqavimətinin girişdəki, Zxüs2 – çıxışdakı qiymətidir. Xüsusi sönmə

    axüs =  dB

    axüs=  Np ( 14.18 )



    Burada Pgir – dördqütblünün girişindəki gücü, Pçıx - onun çıxışına qoşulmuş razılaşdırılmış Zyük yük müqa­vimətində ayrılan çıxış gücüdür. Xüsusi sönməni Ugir və Uçıx gərginliyinə və ya pgir və pçıx gərginlik səviyyəsinə nəzarət etməklə aşağıdakı kimi təyin etmək olar:

    axüs =  ( 14.19 )

    axüs =  ( 14.20 )

    Bir çox hallarda Zyük = Zxüs2 şərti sadələşdirilir. Bunun üçün │Zyük│=│Zxüs2│götürülür və Zyük yük müqaviməti xarakteristik müqavimətin modulunun orta qiymətinə Zxüs2 ( 600, 135, 75 Om ) bərabər qəbul edilir ( tezlikdən asılı olmayaraq ). Belə sadələşmə zamanı yaranan xətaları nəzərə almamaq olar. Həmin yükdə əvvəlcədən məlum olan axüs sönmənin qiymətini aydınlaşdırmaq üçün buna yol verilə bilər.

    A və B stansiyaları arasında xüsusi sönmənin ölçülməsi üçün şəkil 14.6 sxemini misal göstərmək olar.





    Şəkil 14.6. Xüsusi sönmənin ölçülmə sxemi

    Belə ki, rabitə xəttinə simmetrik dördqütblü kimi baxmaq və Zxüs1 = Zxüs2 = Zxüs götürmək olar . Bu zaman (14.19) və (14.20) düsturlarındakı loqarifmik toplanan sıfra bərabər olacaqdır. Sxemdə hər iki stansiyada yüksək omlu səviyyə göstəriciləri ( SG1 və SG2 ) vasitəsilə p1 səviyyəsinin qiymətinə girişdə, p2 səviyyəsinin qiymətinə isə çıxışda nəzarət olunur. Bu zaman axüs = p1 – p2 olacaqdır.




    Download 1.11 Mb.
    1   ...   14   15   16   17   18   19   20   21   22




    Download 1.11 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    VƏ vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat

    Download 1.11 Mb.