• Şəkil 15.4. Dövrədə impuls üsulu ilə ölçmə apardıqda gərginliyin zaman diaqramı
  • Şəkil 15.5. İmpuls cihazının ekranında işarəyə əsasən zədələnmə yerinin dəqiq göstərilməsi
  • Şəkil 15.6. İmpuls cihazı vasitəsilə aparılan ölçmələr
  • Şəkil 15.3. İmpuls cihazının struktur sxemi




    Download 1,11 Mb.
    bet20/22
    Sana18.09.2020
    Hajmi1,11 Mb.
    #11408
    1   ...   14   15   16   17   18   19   20   21   22
    Şəkil 15.3. İmpuls cihazının struktur sxemi

    VG verici generator xəttə göndərilmək üçün impulslar hasil edən ZİG zondlayıcı impuls generatorunun və AG açma generatorunun sinxron işini təmin etmək üçün sinxronlaşdırıcı impulslar hasil edir (şəkil 15.4 a ).





    Şəkil 15.4. Dövrədə impuls üsulu ilə ölçmə apardıqda gərginliyin zaman diaqramı

    ZİG sinxron impulsları amplitudasına görə stabil qısa müddətli impulslara çevirib xəttə ötürür (şəkil 15.4 b ). ZİG zondlayıcı impulsun müddətini dövrənin növündən və uzunluğundan asılı olaraq tənzimləməyə imkan verir. Açma generatoru mişarvari gərginlik hasil edir (şəkil 15.4 d ) və bunun sayəsində EŞB elektron - şüa borusunda şüanın üfüqi yerdəyişməsi baş verir. Açma periodu zondlayıcı impulsun dövrənin başlanğıcından sonunadək yayılma müddətinə bərabər götürülür. Xəttə göndərilən və qəbul olunan impulslar elektron - şüa borusunun ekranında görünür. İstehsalatda buna reflektoqramma deyilir. EŞB tədqiq olunan dövrənin reflektoqrammasını qeyd edir. MG miqyas işarə generatoru qısa müddətli müəyyən dəqiq periodlu impulslar hasil edir ( şəkil 15.4 ç ). Miqyas generatorunun impulsları EŞB – nin şaquli meyletmə lövhələrinə verildikdə reflektoqramda işarələr meydana çıxır ki, müqayisə üsulu vasitəsilə dövrənin zədələnməsinin növü və yeri müəyyən edilir ( şəkil 15.4 e ). Sxemdəki DS diferensial sistem cihazın 4 naqilli sxemdən tədqiq olunan 2 naqilli dövrəyə keçməsini təmin edir ( sxemdə göstərilməmişdir ). Dövrənin qeyri – bircins yerindən əks olunmuş impuls əks işarə ilə qeyd olunur ( şəkil 15.4 c ) və reflektoqrammada görünür. M və RQ məhdudlaşdırıcı və razılaşdırıcı qurğu qəbulediciyə verilən zondlayıcı impulsun amplitudasını məhdudlaşdırır və cihazın daxili müqavimətini xəttlə razılaşdırır. Buna əməl olunmazsa, cihazın xəttə qoşulma yerində “yalançı” impulslar yaranar və gedib – qayıdan “yalançı” impuls düzgün nəticənin alınmasına əngəl yaradar. QG qəbuledici gücləndirici əks olunmuş zəif impulsları gücləndirir ki, onu elektron şüa borusunda müşahidə etmək mümkün olsun.



    İmpuls cihazının ekranında böyütmə aparmaqla dövrənin qeyri – bircins yerindən əks olunan impulsun müşahidə olunan işarəsinə əsasən zədələnmə yerini dəqiqliklə təyin etmək mümkündür ( şəkil 15.5 ).



    Şəkil 15.5. İmpuls cihazının ekranında işarəyə əsasən zədələnmə yerinin dəqiq göstərilməsi

    Qeyri - bircins yerdəki dalğa müqavimətinin qiyməti əks olunma əmsalı ilə xarakterizə olunur. Bu əmsal əks olunan və zondlayıcı impulsların amplitudalarının nisbəti ilə təyin edilir.



     

    Burada P - əks olunma əmsalı, Zy – zədələnmə yerindəki dalğa müqaviməti, Zd – xəttin nominal dalğa müqavimətidir ( Zd = 75 Om ).

    Əgər əks olunan impuls öz işarəsini saxlayırsa, onda əks olunma yerindəki müqavimətin qiyməti, onun nominal qiymətinə nisbətən artmış olur. Əgər impuls öz işarəsini dəyişərsə, Zyük müqaviməti Zd – yə nisbətən azalmış olur.

    Praktikada Zyük – in göstərişindən asılı olaraq xəttin qırıq və qısa qapanmış olmasını təyin etmək mümkündür:

    Zyük = ∞ olduqda rabitə xətti qırılmışdır.

    Zyük = 0 olduqda rabitə xətti qısa qapanmışdır.

    Zədələnmə yerinə qədər olan məsafəni təyin edən impuls üsulunun özünəməxsusluğu ondadır ki, dövrədə hətta bir neçə zədələnmə yeri olduqda belə, bu üsul ölçmələr aparmağa imkan verir. Belə ki, xəttə böyük amplitudalı zondlayıcı impuls verildikdə ilk qarşılaşdığı zədələnmə yerində impuls zəifləsə də, xətt boyu yayılmasını davam etdirir və sonrakı zədələnmə yerindən də əks olunaraq impuls cihazının ekranında müşahidə olunur. Bəzi hallarda ölçmələr xəttin hər iki tərəfində aparılır. İmpuls cihazı vasitəsilə hava və kabel rabitə xəttlərində ölçmələr aparmaq mümkündür.

    İmpuls cihazı ilə ölçmə apardıqda kontaktlar arasındakı Rkeçid müqaviməti dalğa müqavimətindən fərqli olduğu üçün əks olunan impulsun gərginliyinin amplitudası elektron şüa borusunun ekranında nəzərə çarpacaq dərəcədə görünür. İmpuls üsulu Rkeçid ≤ 2 kOm olduqda tətbiq edilir.



    Kabel və hava rabitə xəttlərində, eləcə də telekommuni­kasiya rabitə sistemlərində impuls üsulu ilə zədələnmə yerini təyin etmək üçün ölçmələr P 5 – 10 cihazı vasitəsilə aparılır. Bu cihaz bütün növ və markalardan olan kabellər üçün kanala qoyulmuş kabelin uzunluğunu, dalğa müqavimətini, yükün razılaşdırılmasını, birləşdirici xətt traktlarında impuls siqnallarının gecikmə vaxtını, kabellərin qısalma əmsalını 5 m ÷ 300 km məsafə hüdudunda təyin etmək xüsusiyyətinə malikdir. Cihaz vasitəsilə kabelin damarlarının izolyasiya müqavimətinin azalması yerinə qədər olan məsafəni ( şəkil 15.6 a), xəttin qırıq yerinə qədər olan məsafəni (şəkil 15.6 b), damarların əzilmə yerinə qədər olan məsafəni (şəkil 15.6 c), damarların izolyasiyasının möhkəmliyinin azalması yerinə qədər olan məsafəni (şəkil 15.6 ç) ölçmək və reflektoqrammasını müşahidə etmək mümkündür.



    Şəkil 15.6. İmpuls cihazı vasitəsilə aparılan ölçmələr

    İmpuls cihazı ilə ölçmə apardıqda ölçmə sxemi tərtib edilir və ekranda alınan reflektoqrammanı pasport qiymətləri ilə müqayisə edərək zədələnmə yerinə qədər olan məsafəni uyğun üsulla təyin edirlər.




    Download 1,11 Mb.
    1   ...   14   15   16   17   18   19   20   21   22




    Download 1,11 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Şəkil 15.3. İmpuls cihazının struktur sxemi

    Download 1,11 Mb.