• Şəkil 14.7. Keçid sönməsinin ölçülmə sxemləri
  • Qalıq sönməsinin ölçülməsi
  • Şəkil 14.8. Qalıq sönməsinin ölçülmə sxemi
  • Dövrələr arası keçid sönməsinin ölçülməsi




    Download 1,11 Mb.
    bet18/22
    Sana18.09.2020
    Hajmi1,11 Mb.
    #11408
    1   ...   14   15   16   17   18   19   20   21   22

    Dövrələr arası keçid sönməsinin ölçülməsi

    Rabitə sistemlərində ölçmələr zamanı təkcə ötürülən siqnalların gücünün dəyişməsinə deyil, eyni zamanda maneələrin gücünə də nəzarət olunur. Dövrələr arasında qarşılıqlı əlaqə zamanı meydana çıxan keçid maneə cərəyanı, təsir edən və təsirə uğrayan dövrələr arasında keçid sönməsi ilə xarakterizə olunur. Əgər dövrələr hər iki tərəfdən razılaşdırılaraq yüklənərsə, təsir edən dövrənin girişindəki siqnalın P1 gücü və təsirə uğrayan dövrənin girişindəki keçid cərəyanının P2 gücü arasındakı münasibət 10 lg P1 / P2 kimi göstərilir. Bu kəmiyyət xəttin əvvəlində



    ( verici hissədə ) keçid sönməsi adlanır. Analoji olaraq xəttin sonunda keçid sönməsini də təyin etmək mümkündür. P1 və P2 kəmiyyətləri xəttin sonunda ( qəbuledici hissədə ) müvafiq olaraq təsir edən və təsirə uğrayan dövrənin giriş siqnalının güclərinin qiymətidir. Keçid sönməsinin qiyməti böyük olduqda maneə keçid cərəyanının qiyməti bir o qədər kiçik olacaqdır. Keçid sönməsinin ölçülmə sxemləri şəkil 14.7 – də göstərilmişdir:





    Şəkil 14.7. Keçid sönməsinin ölçülmə sxemləri

    Keçid sönməsinin norma qiyməti 50 ÷ 139 dB – dir. Bu səbəbdən təsirə uğrayan dövrədə keçid sönməsinin səviyyəsinə nəzarət etmək lazımdır. Təsir edən dövrədə giriş gərginliyinin qiymətinin yüksək olması yol verilməzdir. Çünki, bu gərginlik dövrənin normal iş rejiminə mənfi təsir edərək qonşu dövrələr üçün maneə yarada bilər. Keçid sönməsi şəkil 14.7 sxemində göstərilmiş müqayisə üsulu ilə ölçüldükdə, açarın hər iki vəziyyətində yüksək omlu göstərici qurğunun göstərişləri eyni olarsa, sönmə mağazalarının qiymətləri qeyd olunur.

    Xəttin əvvəlində keçid sönməsi ( şəkil 14.7 a ) aşağıdakı kimi təyin edilir:

    a =  ( 14.21 )

    Xəttin sonunda keçid sönməsinin ( şəkil 14.7 b ) qiyməti

     ( 14.22 )

    düsturu ilə hesablanır.

    Zxüs1 – təsir edən dövrənin xarakteristik müqaviməti, Z xüs2 - təsirə uğrayan dövrənin xarakteristik müqaviməti, am - kanalda p1 = p2 ol­duq­da sönmənin qiyməti, axüs1 – təsir edən dövrənin xarakteristik ( xüsusi ) sönməsidir.

    Paralel dövrələrin bir – birinə təsirini azaltmaq üçün qorunmanı artırmaq lazımdır.

    Qalıq sönməsinin ölçülməsi

    Rabitə kanalı ilə veriliş siqnalı ötürdükdə kanalın bəzi elementləri ( süzgəclər, modulyatorlar və s. ) siqnalın səviyyəsini zəiflədir, bəzi elementlər isə siqnalın səviyyəsini gücləndirir. Rabitə kanalında qalıq sönməsi siqnalın qarşılaşdığı bütün sönmələrin cəbri cəmi ilə bütün güclənmələrin cəbri cəminin fərqinə deyilir:



    aq = Σ ai – Σ si ( 14.23 ) ( 13.18 )

    Burada Σ ai – kanalın ümumi sönməsi, Σ si – kanalın ümumi güclənməsidir. Tonal tezlikli telefon kanalında qalıq sönməsinin norma qiyməti 7dB və yaxud 0,8 Np qəbul olunmuşdur. Magistral rabitə xətti boyunca 0,3 ÷ 3,4 kHs tezlik diapazonunda qalıq sönməsinin norma qiymətinin yuxarı həddi 8,7 dB – dən çox, aşağı həddi 2,2 dB – dən az olmamalıdır. Qalıq sönməsinin qiyməti normadan fərqləndikdə, yəni çox olduqda verilişin ötürmə keyfiyyəti pisləşir, az olduqda dövrələr arasinda təsirin qiyməti çoxalır. Qalıq sönməsi hər gün 800 Hs tezlikdə ölçülür. Sıxlaşdırma avadanlıqlarında qalıq sönməsinin qiyməti səviyyə göstəricilərindən istifadə etməklə avadanlığın əvvəlində və sonunda yoxlama siqnallarının səviyyələrini ölçməklə təyin edilir ( şəkil 14.8 ).





    Şəkil 14.8. Qalıq sönməsinin ölçülmə sxemi

    Qalıq sönməsinin qiyməti kanalın səviyyə diaqramındakı qiymətlərlə müqayisə olunur. Kanalın səviyyə diaqramı səviyyənin xətt boyu dəyişdiyi qrafikə deyilir. Başqa sözlə səviyyə diaqramı kanalın əsas hissələrinin birləşmə nöqtələrində alınan səviyyələrin qrafik təsviridir. Səviyyə diaqramı gücləndirici məntəqələrin düzgün yerləşdirilməsi və rabitənin keyfiyyətinə təsir edən amilləri yoxlamaq üçün istifadə olunur.



    Download 1,11 Mb.
    1   ...   14   15   16   17   18   19   20   21   22




    Download 1,11 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Dövrələr arası keçid sönməsinin ölçülməsi

    Download 1,11 Mb.