• Şəkil 15.1. Zədələnmələrin növləri
  • Zədələnmə yerinə qədər olan məsafənin impuls üsulu ilə təyini
  • Şəkil 15.2. İdeal xəttin impuls xarakteristikası
  • VƏ vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat




    Download 1,11 Mb.
    bet19/22
    Sana18.09.2020
    Hajmi1,11 Mb.
    #11408
    1   ...   14   15   16   17   18   19   20   21   22

    RABİTƏ DÖVRƏLƏRİNDƏ ZƏDƏLƏNMƏLƏR

    Zədələnmələrin təsnifatı

    Rabitə sisteminin normal işinin pozulması xətt və stansiya avadanlıqlarında baş verən nasazlıqlar səbəbindən ola bilər. Kabel rabitə xəttlərində kabellərin örtüyünün zədələnməsi və kabellərin birləşmə yerlərinin ( muftalarının ) keyfiyyətsiz montajı nəticəsində kabel damarları nəmlənir və onların izolyasiya müqaviməti azalır. Damarların pis lehimlənməsi omik asimmetriyanın artmasına və dövrənin qırılmasına səbəb olur. Bir çox hallarda rabitə kabelləri digər yeraltı kommunikasiya sistemlərinin ( su, qaz, elektrik ) təmiri zamanı zədələnir. Sualtı kabellər gəmilərin lövbərləri tərəfindən, hava kabelləri təbii fəlakətlər ( tufan, şaxta, zəlzələ ) nəticəsində zədələnir.

    Rabitə sistemlərinin xətt və stansiya avadanlıqlarında baş verən nasazlıqlar iki cür olur: zədələnmə və qəza.

    Zədələnmə rabitə xəttinin parametrlərinin norma qiymətindən kənara çıxması, qəza isə rabitə xəttində trakt və kanalların ta­mamilə sıradan çıxaraq öz işini dayandırmasıdır. Rabitənin fasiləsiz işini təmin etmək məqsədilə qəza və zədələnmələri aradan qaldırmaq üçün təyin olunmuş vaxtda müəyyən ölçmələr və profilaktiki işlər aparılır. Qəza ölçmələrinə qəza baş vermiş sahənin və zədələnmənin xarakterinin təyini, zədələnmə yerinin dəqiqləşdirilməsi və rabitə dövrəsində yoxlama ölçmə­lərinin aparılması daxildir.

    Bir – birindən müəyyən məsafədə yerləşən abunəçilər arasında rabitə yaradılarkən is­tismar vaxtı rabitə xətti müxtəlif maneələrə və zədələnmələrə məruz qalır. Zədələnmələr əsasən mexaniki zədələnmə və elektriki zədələnmə olmaqla iki yerə ayrılırlar.

    Mexaniki zədələnmə mexaniki qüvvənin təsiri nəticəsində baş verir ( küləyin, yağışın, zəlzələnin, qazıntı işlərinin və s.). Mexaniki zədə­lənmələrə aşağıdakılar aiddir:



    • Damarla (naqillə) torpaq arasında izolyasiyanın zədələnməsi ( şəkil 15.1 a )

    • Eyni və ya müxtəlif dövrələrin damarları (naqilləri) arasında izolyasiyanın zədələnməsi ( şəkil 15.1 b )

    • Damarın (naqilin) birinin qırılması ( şəkil 15.1 c )

    • Dövrənin tam qırılması ( şəkil 15.1 ç )

    • Dövrənin qeyri – bircinsliyi ( şəkil 15.1 d )

    • Damarların ( naqillərin ) əzilməsi ( şəkil 15.1 e)

    • Kompleks zədələnmələr ( şəkil 15.1 ə və f )



    Şəkil 15.1. Zədələnmələrin növləri

    Elektrik zədələnmələri cərəyan keçən dövrədə baş verən zədələnmələrə deyilir və buraya aşağı­dakılar aiddir:



    • Sxemlərdə elementlərdən birinin sıradan çıxması;

    • Müvəqqəti qısa qapanma nəticəsində telefonda səsin tez – tez kəsilməsi;

    • Düzgün simmetrikləşmə aparılmadığı üçün bir dövrədən diğər dövrəyə təsirin çoxalması;

    • Xəttdə düzgün çarpazlaşma aparmadıqda kənar im­puls­larının telefonda eşidilməsi.

    Ölçməyə başlamazdan əvvəl zədələnmənin xarakteri təyin edilir, ölçmə üsulu seçilir və sonra ölçmə aparılır. Zədələnmənin xarakterini təyin etmək üçün dövrənin omik asimmetriyası, şleyf müqaviməti, naqillərin izolyasiyası yoxlanılır və izolyasiya müqaviməti ölçülür.

    Zədələnmə yerinə qədər olan məsafənin

    impuls üsulu ilə təyini

    İstehsalatda zədələnmə yerini təyin etmək üçün ən geniş yayılmış üsullardan biri impuls üsuludur. Bu üsulun iş prinsipi naqillərdə elektrik cərəyanının işıq sürətinə yaxın sürətlə yayılmasına əsaslanır. İmpuls üsulu ilə dövrənin ölçülməsinin əsasını lokasiya üsulu təşkil edir. Lokasiya üsulunda tədqiq olunan obyektə səs, ultrasəs, radiodalğalar, lazer şüaları və s. göndərilir və onların gedib – qayıtma müddəti təyin olunur. Bu üsulla müxtəlif obyektlərin koordinatlarını, sürətini, hərəkət istiqamətini, obyektə qədər olan məsafəni təyin etmək mümkündür. Simli rabitədə dövrəyə qısa elektrik impulslarını göndərməklə dövrənin dalğa müqavimətini, daxili qeyri – bircinsliyini, zədələnmənin xarakterini təyin etmək və zədələnmə yerinə qədər olan məsafəni ölçmək mümkündür. İmpuls üsulu vasitəsilə eyni zamanda damarların əzilmə yeri və dövrələrarası keçid sönməsi təyin edilir.



    İmpuls üsulunda zədələnmə yerinə qədər olan məsafə xəttə göndərilən zondlayıcı impulsun getməsi və geri qayıtması vaxtına əsasən təyin edilir. Qəbuledici qurğu kimi elektron şüa borusundan istifadə oluna bilər. Əgər dövrə bircinslidirsə və yük müqaviməti Zyük dövrənin dalğa müqavimətinə Zd bərabərdirsə, bu vaxt dövrəyə verilmiş impuls yük müqavimətində bütünlüklə udulur və impulsun əks olunması baş vermir ( şəkil 15.2 a ). Əgər Zyük > Zd olarsa impulsun enerjisi yük tərə­findən tamamilə udulmur və U0 amplitudalı əks olunmuş impuls yaranır. Bu halda əks olunan impulsun işarəsi göndərilən impulsun işarəsinə uyğun gəlir ( şəkil 15.2 b ). Əgər Zyük < Zd olarsa əks olunmuş impulsun işarəsi göndərilən impulsun əks işarəsi ilə qeyd olunur ( şəkil 15.2 c ).



    Şəkil 15.2. İdeal xəttin impuls xarakteristikası

    Xəttdə qeyri – bircins sahələr olduqda ( qısa qapanma və yaxud izolyasiyanın zədələnməsi ) zondlayıcı impuls həmin sahələrdən əks olunaraq qayıdacaqdır. Bu halda zondlayıcı impulsun xəttə gedib qayıtma zaman anını ( ∆t ) ölçməklə, zədələnmə yerinə qədər olan məsafəni ( lx ) təyin etmək mümkündür. Belə ki, impulsun xəttə yayılma sürəti v olduğundan, zədələnmə yerinə qədər olan məsafəni aşağıdakı düsturla hesablamaq olar:

     ( 15.1 )

    Rabitə dövrələrində xəttlərin növündən asılı olaraq impulsun yayılma sürəti təxminən işıq sürətinə bərabərdir.

    Mis naqilli hava rabitə xətti üçün 286 . 103 km/san

    Koaksial kabellər üçün 270 . 103 km/ san

    Simmetrik kabellər üçün 220 . 103 km/san

    İmpuls üsulu ilə işləyən cihazın struktur sxemi şəkil 15.3 – də göstərilmişdir:







    Download 1,11 Mb.
    1   ...   14   15   16   17   18   19   20   21   22




    Download 1,11 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    VƏ vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat

    Download 1,11 Mb.