• Şəkil 13.7. Varley sxemi
  • Kabelin damarlar arası tutumunun ölçülməsi
  • Şəkil 13.8. Diodlu mikrofaradmetrin sxemi
  • Şəkil 13.9. İşçi tutumun ölçülmə sxemi: a) damarlar arası tutumun b) ayrıca damarın tutumunun
  • Parametrlərin ölçülən nəticələrinin emalı
  • VƏ vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat




    Download 1.11 Mb.
    bet15/22
    Sana18.09.2020
    Hajmi1.11 Mb.
    #11408
    1   ...   11   12   13   14   15   16   17   18   ...   22

    Omik asimmetriyanın ölçülməsi

    Praktik olaraq ideal simmetrik dövrələr yaratmaq mümkün deyildir. Dövrələrin qeyri – simmetrikliyi ( asimmetriyası ) cüzi olduqda bu halı nəzərə almamaq olar. Lakin dövrəni təşkil edən naqillərin diametrlər fərqi, materialların qeyri – bircinsliyi, izolyasiya zədələnmələri, korroziya və digər səbəblərdən dövrənin asimmetriyası çoxalır ki, nəticədə dövrələr arası qarşılıqlı təsirin qiyməti artır. Dövrənin asimmetriklik dərəcəsini qiymətləndirmək üçün omik asimmetriya anlayışından istifadə olunur. Rabitə dövrəsinin omik asimmetriya müqaviməti dövrəni təşkil edən naqillərin müqavimətlərinin fərqidir:



    Ras= Ra – Rb (13. 5 )

    Sabit cərəyanla naqillərin asimmetriya müqavimətini



    ( omik asimmetriya ) ölçmək üçün torpaqlanmış şleyf üsulundan istifadə edilir. Bu üsulla ölçmə aparmaq üçün şəkil 13.7 – də göstərilən sxem bərabər çiyinli körpü sxemi və yaxud Varley sxemi adlanır:



    Şəkil 13.7. Varley sxemi

    Sxemdə körpüyə qoşulmuş R1 və R2 müqavimətlərinə malik olan və ucları qonşu stansiyada qısa qapanaraq torpaqlanmış 2 naqildən istifadə edilir. Bu halda torpaqlama müqaviməti tarazlığa təsir etməməlidir. ra= rb qəbul edildikdə



    R1 – R2= rc (13.6 )

    tarazlıq yaranacaqdır. R1< R2 olduqda körpünün tarazlıq şərti alınmayacaqdır. Bu halda körpü sxeminə qoşulan naqillərin yerini dəyişirlər. Torpaqda parazit cərəyanın olması tarazlıq şərtinə öz təsirini göstərir. Bu səbəbdən kənar cərəyanların təsirindən qaçmaq üçün şərti ( yalançı ) sıfır üsulundan istifadə edilir. Bu üsula görə tarazlıq şərtində cihazın əqrəbi şkalanın sıfır qiymətinə deyil, yalançı sıfra - yəni maneə nəticəsində alınan sıfır işarəsinə gətirilir. Maneənin təsirindən qaçmaq üçün A və B stansiyaları arasında üçüncü köməkçi naqil götürülür və hər iki stansiyada bu naqil torpaqlamanı əvəz edir. Varley sxemi PKP cihazlarının tərkibində olur. Nəzərə almaq lazımdır ki, rc=0 halında naqillərin yerini dəyişdikdə cihazın göstərişi dəyişilməməlidir.

    Sabit cərəyan üçün naqillərin omik asimmetriyası gücləndirici sahənin uzunluğunda əlvan metallardan ibarət olan dövrə üçün 2 Omdan, diametri 4 mm və 5 mm olan polad naqillər üçün 5 Omdan və kiçik diametrli naqillər üçün 10 Omdan artıq olmamalıdır. Mis naqilli yüksək tezlikli şəhərlərarası kabellərdə omik asimmetriyanın norma qiymətləri 0, 23 √ l / d2 , koaksial kabellərdə 0,4 √ l / d2 olmalıdır ( l – dövrənin uzunluğu km, d – damarın ( naqilin ) diametridir mm ).

    Kabelin damarlar arası tutumunun ölçülməsi

    Kabelin damarları bir – birindən və torpaqdan izolə olunduğu üçün damarlar arasında elektrik tutumu əmələ gəlir. Rabitə dövrəsinin dalğa müqaviməti, sönmə, dövrələr arası qarşılıqlı təsir bu tutumun qiymətindən asılıdır. Normal və zədələnmiş naqillərin elektrik tutumunu bilməklə naqillərin qırıq yerinə qədər olan məsafəni təyin etmək mümkündür. Kabelin ümumi tutumu onun işçi tutumu adlanır və bütün tutumların cəbri cəminə bərabərdir:



    Cişçi = Cab + Cat Cbt /( Cat +Cbt ) ( 13.7 )

    Dövrənin elektrik tutumunu ölçmək üçün faradmetr cihazından istifadə olunur. Faradmetr sənaye tezlikli dəyişən cərəyanla elektrotexniki məmulatların ( kondensator, kabel və s.) elektrik tutumunu ölçən cihazdır. Faradmetrdə ölçü mexanizmi elektromaqnit, elektrodinamik və ya ferrodinamik loqometrdir. Maqnitoelektrik ölçü mexanizmli faradmetrlər mövcuddur ki, onların ölçmə xətası 1÷ 4% - dir. Ölçmə cihazı ayrıca və yaxud PKP cihazlarının tərkibində olur. Dövrənin uzunluğundan və işçi tutumun normasından asılı olaraq nanofarad və mikrofarad şkalalarından istifadə olunur.



    Elektrik tutumunu ölçmək üçün releli, diodlu, ballistik mikrofaradmetr sxemlərindən istifadə edilir. Şəkil 13.8 – də diodlu mikrofaradmetrlə kabelin damarları arasında tutumun ölçülməsi sxemi verilmişdir:



    Şəkil 13.8. Diodlu mikrofaradmetrin sxemi

    Diodlu mikrofaradmetr ölçmə sistemindən, f tezlikli və U gərginlikli dəyişən cərəyan generatorundan və 2 dioddan ibarətdir. Diodlar I = 2π f Cx U cərəyanının ölçü cihazından keçməsini təmin edir. Tezlik və gərginliyin sabit qiymətlərində ölçü mexanizmi tutumun vahidi ilə dərəcələnir. Diodlu mikrofaradmetrin iş prinsipi PKP cihazlarında istifadə olunur.



    İşçi tutumun ölçülməsi üçün şəkil 13.9 – da göstərilən sxemdən istifadə olunur:



    Şəkil 13.9. İşçi tutumun ölçülmə sxemi:

    a) damarlar arası tutumun b) ayrıca damarın tutumunun

    Ölçmə zamanı kabelin digər damarları və örtüyü ( ekranı ) torpaqlanır. Xəttin sonunda naqillərin ucu açıq qalmalıdır. Ölçmə həddi elə seçilməlidir ki, cihazın göstərişi minimum xətaya yol versin. Ölçülən tutum mikrofaradmetrin şkalasından oxunur və işçi tutum hesablanır.

    Kabelin damarlar arası tutumu naqilin diametrindən asılıdır və onun norma qiymətləri cədvəl 3- də verilmişdir:

    Cədvəl 3

    Kabelin markası

    Naqilin diametri mm

    Kabelin damarlar arası tutumu nF

    MKS

    1 x 4 x 1,2

    26+ 0,8

    TZQ TZB

    0,9

    33,5

    TPP, TPV

    0,32 ; 0,4

    45 + 5

    TQ

    0,4 ; 0,5

    50 + 8


    Parametrlərin ölçülən nəticələrinin emalı

    Istehsalatda ölçmələr müxtəlif temperaturlarda aparıldığı üçün onun nəticəsi norma qiymətindən fərqlənir. Ona görə də 1 km uzunluğa malik bircins dövrələrdə ölçmənin nəticəsi +20o C – yə uyğun hesablanır və norma qiyməti ilə müqayisə edilir.

    1. Ölçmə müxtəlif temperaturlarda aparıldığı üçün şleyf müqavimətinin qiyməti +20o C – yə aşağıdakı düsturla hesablanır:

     ( 13.8 )

    Burada α – müqavimətin temperatur əmsalı, t – kabelin qoyulduğu torpağın ölçmə anındakı temperaturudur. Məs: mis naqil üçün α = 0,0039; alüminium və bimetal naqil üçün α = 0,004; polad naqil üçün α = 0,0046 götürülür.

    2. Rabitə dövrəsinin kilometrik müqaviməti təyin olunur:

     Om / km. ( 13.9 )

    3. Rabitə dövrəsinin izolyasiya müqaviməti +20o C – yə uyğun hesablanır:

     MOm ( 13.10 )

    Burada αiz – izolyasiyanın temperatur əmsalı olub, kağız – kordel kabel üçün αiz= 0,06 götürülür.

    4. İzolyasiya müqavimətinin kilometrik qiyməti hesablanır:

    Riz (km ) = Riz (20) l (13.11 )

    5. İşçi tutumun kilometrik qiyməti aşağıdakı kimi hesab­lanır:

     ( 13.12 )

    burada C iş.öl – dövrənin işçi tutumunun ölçülən qiymətidir.

    Alınan qiymətlər norma qiyməti ilə müqayisə edilir və rabitə dövrəsi haqqında rəy söylənilir.

    Qeyd: Bəzi hallarda kabel rabitə xətti qeyri – bircins və müxtəlif diametrli bir neçə hissədən ibarət olur. Bu vaxt rabitə xəttinin ekvivalent uzunluğu təyin olunur:

     ( 13.13 )

    kəsrin surətində naqilin ən böyük diametri yazılır.




    Download 1.11 Mb.
    1   ...   11   12   13   14   15   16   17   18   ...   22




    Download 1.11 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    VƏ vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat

    Download 1.11 Mb.