RABİTƏ KANALINDA MANEƏNİN VƏ KÜYÜN ÖLÇÜLMƏSİ
Rabitə kanalında maneələrin yaranma səbəbləri
Rabitə kanalında siqnalların uzaq məsafəyə ötürülməsini məhdudlaşdıran kənar gərginliklər ( cərəyanlar ) maneə adlanır. Maneə siqnalları rabitənin keyfiyyətinə təsir edir və çox vaxt səs tezliyi zolağına düşərək telefonun qulaqcığında əks olunub küy əmələ gətirir. Yaranma mənbələrindən və təsiretmə xarakterindən asılı olaraq xüsusi küylər, qeyri-xətti keçidlərin yaratdığı küylər, xətti keçidlərin yaratdığı küylər, qarşılıqlı, təsiredici və xarici ( kənar ) maneə siqnalları mövcuddur. Xüsusi küylər rezistorların istilik küylərindən, kanalda işləyən elektron elementlərin küylərindən və keçirici naqillərdə yaranan küylərdən ibarətdir. Qeyri – xətti keçidlərin yaratdığı küylər kanalda istifadə olunan qurğuların amplitud xarakteristikalarının qeyri – xəttiliyi nəticəsində yaranır ( gücləndiricilərin, maqnit içlikli süzgəclərin, modulyatorların və s. ). Xətti keçid küyləri paralel gedən qonşu kanallardan axan keçid cərəyanları hesabına yaranır. Bundan əlavə, kanalda küylər qida mənbələrindən də yarana bilər.
Xüsusi maneə siqnalları informasiya verilişi zamanı rabitə kanalında yaranan küy hesabına əmələ gəlir və digər kanallara da asanlıqla keçir. Qarşılıqlı maneə siqnalları keçid sönməsinin qiymətinin normadan fərqli olması səbəbindən qonşu kanallardan rabitə kanalına keçir. Kənar maneə siqnalları isə sənaye, atmosfer, radio, kosmik və digər təsirlərdən kanala düşür.
Maneə və küyün siqnalın ötürülmə keyfiyyətinə təsirini azaltmaq üçün onları məhdudlaşdırmaq lazımdır. Maneənin naqilli rabitə kanalına təsiri qorunma adlanan terminlə ifadə edilir. Qorunma kanaldakı faydalı siqnallar səviyyəsi ( p ) ilə maneə siqnalı səviyyəsinin ( pm ) fərqinə deyilir:
Aq = p – pm dB ( 12.1 )
Paralel dövrələr bir – birindən izolə olunduqda qarşılıqlı təsirin qiyməti azalır. Kanalda maneəni azaltmaq üçün qorunmanın qiymətini artırmaq lazımdır.
Psofometrik maneə gərginliyinin ölçülməsi
Maneənin təsiri onun gücünün faydalı siqnalın gücünə nisbətindən və maneə siqnallarının tezlik tərkibindən asılıdır. Xüsusi və qeyri – xətti küylərin nisbi səviyyəsi ötürülən siqnalın səviyyəsindən asılıdır. Siqnalın səviyyəsi azaldıqda xüsusi küylərin nisbi səviyyəsi artır, ancaq qeyri – xətti küylər azalır. Ötürülən siqnalın səviyyəsi artdıqda isə əksinə qeyri – xətti küylər artır, xüsusi küylərin nisbi səviyyəsi azalır.
Küyün tezlik tərkibi ona görə vacibdir ki, telefona və səsucaldana təsir edən müxtəlif tezlikli gərginliklər insan qulağı tərəfindən eyni cür qəbul edilmir. Bu müxtəlifliyi nəzərə alaraq telefoniya üzrə beynəlxalq məsləhət komitəsi tərəfindən müxtəlif təcrübələr əsasında xüsusi “çəki” vahidi - psofometrik əmsal qəbul edilmişdir ( yunan sözü “ psofos” – küy deməkdir).
Kanalda küyün və maneənin qarşısını almaq üçün mütləq onun maneə gərginliyinin qiymətini ölçürlər. Telefon rabitəsində psofometrik maneə gərginliyinin qiyməti aşağıdakı düsturla hesablanır:
Ups = Σ (Kf Uf) 2 ( 12.2 )
Burada Uf –maneəni təşkil edən f tezlikli müxtəlif gərginliklərin təsiredici qiyməti, Kf – həmin tezlikdə psofometr əmsalıdır. Psofometr əmsalı 800 Hs tezlikdə vahidə bərabər götürülür.
Psofometrik gərginlik dövrənin sonuna qoşulmuş razılaşdırıcı 600 Om yük müqavimətində yaranan və telefon rabitəsinin qəbul keyfiyyətinə təsir edən müxtəlif tezlikli maneə gərginliklərinin cəmidir.
Psofometrik gərginliyi ölçmək üçün psofometr cihazından istifadə olunur.
Psofometrik maneə gərginliyi tezliyin standart qiymətlərində ölçülür və norma qiyməti ilə müqayisə olunur. 0,3 – 3,4 kHs telefon danışığı tezlik zolağında psofometrik gərginliyin norma qiyməti aşağıdakı düsturla hesablanır:
( 12.3 )
Burada 1,33 – verilən tezlik zolağında orta psofometrik əmsaldır. Uh – 800 Hs tezlikdə gərginliyin təsiredici qiymətidir.
Bu gərginliyi ölçmək üçün əsasən psofometrin iki növ qoşulma sxemlərindən istifadə olunur:
Şəkil 12.2. Psofometrin qoşulma sxemləri
Şəkil 12.2 a – da birbaşa yük müqavimətinə qoşulan sxem üzrə ölçmə son stansiyada aparılır. Bu halda cihazın daxili müqaviməti yüksək olduğu üçün kanalın yük müqaviməti 600 Om götürülür. Bu sxemin çatışmayan cəhəti onun yalnız kiçik məsafələrdə istifadə oluna bilməsidir. Rabitə xətti uzun olduqda ölçmə razılaşdırılmış transformator sxemi üzrə həyata keçirilir ( şəkil 12.2 b ). Bu sxemdə kanalın yük müqaviməti 600 Omdan fərqli götürülür. Psofometr 600 Omluq giriş müqavimətinə malik olmaqla kanalın çıxışına transformator vasitəsilə qoşulur. Kanal transformatorun daxili müqavimətinə bərabər olan yük müqavimətinə malikdir.
Kanalda maneənin səviyyəsi maneə mənbələrinin iş rejimindən asılı olaraq dəyişir. Bu səbəbdən kanalda küyün səviyyəsi mütəmadi olaraq ölçülməli və küy əmsalı təyin olunmalıdır. Çünki, kanalda maneə siqnallarının səviyyəsi normadan artıq olduqda kanalın qorunması azalır və nəticədə rabitənin keyfiyyəti aşağı düşür.
RABİTƏ DÖVRƏSİNİN PARAMETRLƏRİNİN SABİT CƏRƏYANLA ÖLÇÜLMƏSİ
Rabitə dövrələrinin ilkin parametrlərinin normaya uyğun olub – olmadığını təyin etmək və buna nəzarət etmək məqsədilə onların elektriki parametrləri sabit cərəyanla ölçülür. Sabit cərəyanla aşağıdakı parametrlər ölçülür: dövrənin şleyf müqaviməti; naqillərin izolyasiya müqavimətləri; dövrənin omik asimmetriyası; dövrənin elektrik tutumu; naqillərin izolyasiyasının möhkəmliyi.
Şəkil 13.1 a – da simmetrik kabellərdən, şəkil 13.2 a – da koaksial kabellərdən istifadə olunan rabitə dövrəsinin ekvivalent sxemi göstərilmişdir:
Şəkil 13.1. Simmetrik rabitə dövrəsinin ekvivalent sxemi
Şəkil 13.2. Koaksial rabitə dövrəsinin ekvivalent sxemi
Rabitə xətti aşağıdakı parametrlərdən ibarətdir:
Hər bir damarın ayrılıqda müqaviməti Ra ; Rb;
Rabitə dövrəsinin şleyf müqaviməti Rşl ;
Damarlar arasında izolyasiya müqaviməti Riz ;
Damarla torpaq arasında izolyasiya müqaviməti Rizat ; Rizbt ;
Rabitə dövrəsinin omik asimmetriyası Ras ;
Damarlar arasında elektrik tutumu Cab ;
Damarla torpaq arasında tutum Cat ; Cbt .
Ölçmə sxemlərində rabitə dövrəsinin simvolik şərti işarələrindən ( şəkil 13.1 b simmetrik dövrələr üçün, şəkil 13.2 b koaksial dövrələr üçün ) istifadə olunur.
İstehsalatda bu parametrləri ölçmək üçün səyyar kabel cihazı olan PKP – 5 cihazından istifadə olunur. PKP – 5 cihazı kabel rabitə xəttində elektrik parametrlərinin ölçülməsində və zədələnmə yerinə qədər olan məsafənin təyin edilməsində istifadə olunur. PKP – 5 səyyar kabel cihazı vasitəsilə dövrənin aşağıdakı parametrləri ölçülür:
10-1 Om ÷ 106 Om diapazonunda xəttin şleyf müqaviməti. Ölçmə xətası 0,2%;
10-2 Om ÷ 103 Om diapazonunda damarların omik asimmetriyası ( asimmetriya müqavimətini );
10-5 Om ÷ 2 · 1010 Om diapazonunda izolyasiya müqaviməti;
3 ÷ 3000 nF diapazonunda damarların elektrik tutumu;
İzolyasiya zədələnməsinin yerinə qədər olan məsafə. Ölçmə xətası 0,5%;
Xəttin qırıq yerinə qədər olan məsafə. Ölçmə xətası 0,6%.
|