Zədələnmə yerinə qədər olan məsafənin
körpü üsulu ilə təyini
Rabitə texnikasında xarakterindən asılı olaraq zədələnmə yerinə qədər olan məsafəni ölçmək üçün bərabər çiyinli körpü üsulundan ( Varley üsulu ), qeyri – bərabər çiyinli körpü üsulundan ( Murrey üsulu ), ikiqat körpü üsulundan ( Fişer üsulu ), şleyf müqaviməti üsulundan ( Blavye üsulu ) və iki eyni tərəfli körpü üsulundan ( Kupfmüller üsulu ) istifadə edilir. Bu üsulların hər birinin özünəməxsusluğu və tətbiq yerinin müxtəlifliyi olsa da, bunların içərisində ən geniş yayılmışları Varley və Murrey sxemləridir.
Dövrədə zədələnmə yerinə qədər olan məsafəni sabit cərəyanla qeyri - bərabər çiyinli körpü sxemi vasitəsilə təyin etmək üçün Murrey sxemi şəkil 15.7 – də göstərilmişdir:
Şəkil 15.7. Murrey sxemi
Sxemə əsasən tarazlıq şərti aşağıdakı kimidir:
rarx = rb (Rşl-rx) ( 15.2 )
Buradan
rx = Rşl [rb /(ra+rb)] ( 15.3 )
Əgər xətt 1 və xətt 2 naqilləri eynidirsə, onda
lx=2l [rb/(ra+rb)] ( 15.4 ) olacaqdır.
Sxemdə göstərilən rəl əlavə müqaviməti zədələnmə yeri A stansiyasına yaxın olduqda və körpünün tarazlaşdırılması çətin olduqda istifadə olunur. Tarazlaşdırma ra və rb müqavimətləri arasında fərq böyük olduqda çətinləşir. Nəzərə almaq lazımdır ki, ra və rəl arasındakı fərq böyük olduqda ölçmə xətası da artır. Əlavə müqavimətdən ( rəl = 10 ÷ 100 Om həddində götürülür ) istifadə olunduqda lx məsafəsi ra (rx + rəl ) = rb ( Rşl – rx ) şərtindən hesablanır. Qeyd etmək lazımdır ki, göstərilən üsulla lx məsafəsi ölçüldükdə zədələnmə yerindəki Rkeçid müqavimətinin qeyri stabil olması və naqillərin izolyasiya müqavimətindən çox kiçik olması səbəbindən xətanın qiyməti qeyri - müəyyən olur. Bu kəmiyyətlər münasib olduqda belə körpünün xəttə qoşulma nöqtəsi qeyri – müəyyən olduğundan yuxarıdakı bərabərliklər müəyyən qədər pozulur. Bu halı aradan qaldırmaq üçün zədələnmə yerinə qədər olan məsafəni təyin edərkən ölçmələrin hər iki stansiyadan müxtəlif üsullarla aparılması və ölçmə nəticələrinin müqayisə edilməsi tövsiyə olunur.
lx məsafəsinın təyin edilməsi üçün istifadə olunan normal naqil zədələnmiş naqildən fərqli olduqda, yaxud A və B stansiyaları arasında zədələnmiş naqil qeyri – bircins olduqda yuxarıda göstərilmiş düsturlardan istifadə etmək mümkün olmur. Bu halda zədələnmə yerinə qədər olan lx məsafəsini tapmaq üçün şleyf yaratmaq və yaxud 2 istənilən işlək naqildən istifadə etməklə başqa ölçmə üsulu tətbiq etmək olar.
Körpü üsulu ilə ölçmə apardıqda əlavə naqillərdən istifadə etməklə zədələnmə yerinin təyin edilməsi zamanı alınan qiymətlərdəki ölçmə xətaları 1 metrə qədər olduğuna görə çox vaxt zədələnmə yerinə qədər olan məsafənin dəqiq yerini kabel axtarıcısından istifadə etməklə induktiv üsulla təyin edirlər.
Zədələnmə yerinə qədər olan məsafənin
induktiv üsulla təyini
Bu üsulun iş prinsipi maqnit selinin naqili kəsməsi nəticəsində induktiv sarğıda induksiya elektrik hərəkət qüvvəsi əmələ gəlməsinə əsaslanır. İnduktiv üsulla kabelin yeraltı trassasını, kabelin torpaq altındakı dərinliyini, damarların izolyasiyasının və kabelin metal örtüyünün zədələnmə yerini, kabel damarlarının qırılma yerini təyin etmək mümkündür. İstehsalatda induktiv üsulla işləyən
Kİ – 4P kabel axtarıcı komplekti 2225 Hs tezlikli generatordan, sarğı ilə birlikdə gücləndiricidən, qəbuledici qurğudan və maqnit antenaya malik axtarıcıdan ibarətdir. Cihaz şəhər telefon şəbəkəsində və şəhərətrafı zonada istifadə edilir. Qəbuledici qurğu cihazın həssaslığını və maneələrə qarşı davamlığını təmin edir. Onun tezlik spektri 2135 ÷ 2325 Hs arasında tənzimlənir. Axtarılan kabelin və yaxud zədələnmə yerinin təyin edilməsi əqrəbli göstərici qurğu vasitəsilə vizual və yaxud səsli formada aparılır. Bu zaman qulaqcıqda eşidilən səs siqnalının tezliyi 975 Hs olur.
Kabelin istiqamətinin ( trassanın ) təyin edilməsi şəkil 15.10 - da göstərilmişdir:
Şəkil 15.10. Kabelin istiqamətinin ( trassanın ) təyini
Ölçmə aparmaq üçün kabelin bir çüt naqilinə tezliyi 2225 Hs olan generator qoşulur və ikinci stansiyada ucları qısa qapanır. Bu vaxt kabelin ətrafında maqnit seli əmələ gəlir və sarğını kabelin üzəri ilə hərəkət etdirdikdə induksiya nəticəsində telefonda generatorun səsi eşidilir. Maksimum səs trassanın istiqamətini göstərir, minimum səs trassadan sağa yaxud sola çıxdığımızı bildirir. Kabel axtarıcısı vasitəsilə kabelin torpaq altındakı basdırılma dərinliyi də təyin olunur ( şəkil 15.11 ).
Şəkil 15.11. Kabelin torpaq altındakı basdırılma dərinliyinin təyin edilməsi
Kabelin istiqamətinin və torpaq altındakı dərinliyinin təyin edilməsi üçün Kİ – 4P cihazı istifadə olunur. Axtarıcının antenası kabelin qoyulduğu torpağın üzərində kabel trassasına perpendikulyar vəziyyətdə qoyulur. Qəbuledici qurğunun “dərinlik” düyməsini basıb ardınca “güclənmə” düyməsini basmaqla “kalibr” dəstəyini yavaş - yavaş fırladaraq göstəricinin əqrəbi ▼ vəziyyətinə gətirilir. Axtarıcını 180° çevirərək kabelin qoyulduğu torpağın üzərinə kabel trassasına perpendikulyar vəziyyətdə tutulur. Kabelin dərinliyi göstəricinin əqrəbinin göstərişinə əsasən təyin edilir ( cədvəl 4).
Cədvəl 4
Dərinlik sm
|
Şkalanın bölgüsü
|
Dərinlik sm
|
Şkalanın bölgüsü
|
Dərinlik sm
|
Şkalanın bölgüsü
|
0
|
6
|
60
|
48
|
110
|
60
|
10
|
15
|
70
|
50
|
120
|
62
|
20
|
24
|
80
|
53
|
130
|
65
|
30
|
31
|
90
|
58
|
140
|
66
|
40
|
38
|
100
|
59
|
150
|
67
|
50
|
42
|
|
|
|
|
Kabelin qırıq yerinin tapılması şəkil 15.12 – də göstərilmişdir:

Şəkil 15.12. Kabelin qırıq yerinin təyin edilməsi
İzolyasiya müqavimətinin azalma yerinin tapılması qaydası eynilə qırıq yerinin tapılması qaydası kimidir ( şəkil 15.13 ):

Şəkil 15.13. İzolyasiya müqavimətinin azalma yerinin tapılması
Operator axtarıcı cihazı götürüb qoşulduğu yerdən kabel trassasının üstü ilə hərəkət edir. Bu vaxt o, göstəricidə siqnalın səsinin maksimum olmasına ciddi nəzarət etməlidir. Axtarıcı cihazın antenası kabel trassasına perpendikulyar istiqamətdə tutulmalıdır. Axtarıcı cihaz zədələnmə yerinə yaxınlaşdıqca göstəricidə siqnalın səsinin birdən – birə azalması müşahidə olunacaqdır. Zədələnmə yerində isə siqnalın səsi minimuma enir və yaxud birdəfəlik itir. Ölçmənin xətası 10 ÷ 20 sm - dir.
|