• Elektrik ölçmə vasitələrinin təsnifatı
  • Şəkil 2.1. Elektrik ölçmə vasitələrinin təsnifatı
  • Ölçmə xətalarının yaranma səbəbləri
  • Ölçmə cihazlarının təsnifatı
  • Şəkil 4.1. Rəqəm ölçmə cihazının struktur sxemi
  • Şəkil 5.1. Müqavimətlər mağazasının sxemi
  • Şəkil 5.2. Tutumlar mağazasının sxemi
  • Elektrik ölçü vahidlərinin şərti işarələri




    Download 1.11 Mb.
    bet2/22
    Sana18.09.2020
    Hajmi1.11 Mb.
    #11408
    1   2   3   4   5   6   7   8   9   ...   22

    Elektrik ölçü vahidlərinin şərti işarələri

    I – cərəyan şiddəti

    U – gərginlik

    P – güc

    R – elektrik müqaviməti

    Zd – dalğa müqaviməti

    Z tam müqavimət

    C – elektrik tutumu

    L – induktivlik

    e – elektrik hərəkət qüvvəsi

    φ – gərginlik və cərəyan arasında faza fərqi

    ω – dəyişən cərəyanın bucaq tezliyi

    f – dəyişən cərəyanın tezliyi

    a – elektrik sönməsi

    λ – elektromaqnit dalğa uzunluğu



    Elektrik ölçmə vasitələrinin təsnifatı

    Ölçmə vasitələri ölçmədə istifadə olunan və normalaşdırılmış metroloji xarakteristikalara malik xüsusi texniki vasitələrdir.





    Şəkil 2.1. Elektrik ölçmə vasitələrinin təsnifatı

    Şəkil 2.1 – də elektrik ölçmə vasitələrinin təsnifatı sxemi göstərilmişdir. Təsnifatına görə ölçmə vasitələrinə aşağıdakılar daxildir:

    1. Ölçülər – fiziki kəmiyyətin müəyyən qiymətini özündə əks etdirən ölçmə vasitəsidir. Ölçülər bir qiymətli, çoxqiymətli və ölçü dəstinə bölünürlər. Birqiymətli ölçü fiziki kəmiyyətin vahid ölçüsünü əks etdirir. Ölçmə zamanı eyni kəmiyyəti müxtəlif üsullarla ölçdükdə eyni qiymət alınmalıdır. Çoxqiymətli ölçü eyni adlı fiziki kə­miy­yətin müxtəlif ölçüsünü əks etdirir. Çoxqiymətli ölçülərə dəyişən tutumlu konden­satoru misal göstərmək olar. Ölçü dəsti eyni adlı bir sıra müxtəlif ölçülü kəmiyyətləri təcəssüm etdirən xüsusi ölçülər komplektindən ibarətdir. Ölçü dəsti ölçmə texnikasında geniş yayılmışdır. Buna misal olaraq müqavimətlər mağazasını, tutumlar mağazasını göstərmək olar.

    2. Elektrik ölçmə çihazları - müşahidəçinin bilavasitə qəbul edə bildiyi formada ölçmə informasiyası yaradan elektrik ölçmə vasitələrinə deyilir. Ölçmə cihazlarının göstərişi ölcülən kəmiyyətin vahidi ilə ifadə olunur. Ölçmə cihazları analoq və rəqəm ölçmə cihazlarına bölünür.

    3. Ölçmə çeviriciləri – sonradan çevirmək, ötürmək, işləmək və yadda saxlamaq üçün münasib formada ölçmə informasiya siqnalı hasil edən ölçmə vasitələridir. Elektrik kəmiyyətlərini qeyri - elektrik kəmiyyətlərinə çevirən və qeyri - elektrik kəmiyyətlərini elektrik kəmiyyətlərinə çevirən olmaqla iki qrupa bölünürlər.

    4. Elektrik ölçmə qurğuları – ölçməni səmərəli təşkil etmək üçün ölçmə vasitələri və köməkçi qurğuların funksional və konstruktiv cəhətdən birləşmiş cəminə deyilir.

    5. İnformasiya ölçmə sistemləri - hər hansı bir informasiyanı avtomatik qəbul edib onu rabitə kanalı vasitəsilə ötürərək lazimi vasitələrdə təsvir olunması sistemlərinə deyilir.

    Ölçmə xətaları

    Fiziki kəmiyyətin ölçülməsi nəticəsində onun təyin olunan qiyməti kəmiyyətin əsl qiymətindən həmişə fərqlənir. Həmin fərq ölçmə xətası olub, ölçmə prosesinə və nəticəsinə təsir edən müxtəlif faktorların və mənfi amillərin səbəbindən yaranır. İfadə edilmə üsuluna görə ölçmə nəticələrinin xətaları mütləq və nisbi olurlar.

    Mütləq xəta – ölçmə nəticəsində alınan qiymətdən ölçülən kəmiyyətin əsl qiymətinin fərqinə deyilir və aşağıdakı düs­turla ifadə olunur:

    ΔA = Aölç ─ Aəsl ( 3.1. )

    Burada ΔA - mütləq xəta, Aölç - çıhazın göstərmiş olduğu nəticə, Aəsl - kəmiyyətin əsl qiymətidir. Mütləq xəta ölçülən kəmiyyətin vahidi ilə ifadə olunur.

    Ölçülən kəmiyyətin əsl qiyməti məlum olmadıqda ”həqiqi qiymət” terminindən istifadə olunur. Belə qiymət kimi ölçmə vasitələrinin köməyilə müəyyən oluna bilən qiymət qəbul edilir. Mütləq xətanın ölçülən kəmiyyətin həqiqi qiymətinə olan nisbətinin faizlə ifadəsinə nisbi xəta deyilir:

     ( 3.2 )

    Ölçmə nəticəsi həqiqi qiymətdən artıq alınarsa xəta müsbət, əks halda isə xəta mənfi olur.



    Ölçmənin xətasını azaltmaq məqsədilə eyni bir kəmiyyət bir neçə dəfə ölçülür. Alınan nəticələr cədvəldə qeyd olunur. Ölçülən kəmiyyətin həqiqi qiyməti kimi ölçmənin orta qiymətini götürmək olar. Kəmiyyətin orta qiyməti ölçmələrdən alınan nəticələrin cəminin bu ölçmələrin sayına olan nisbətidir. Bu aşağıdakı formula ilə təyin olunur:

      ( 3.4 )

    Burada: n - ölçmələrin aparılma sayı;

    Ai –ölçmələrdən alınan nəticələrdir.

    Ölçmə xətalarının yaranma səbəbləri

    Xətalar təsnifat əlamətlərinə görə ölçmə vasitələrinin xətalarına və ölçmə nəticələrinin xətalarına bölünür. Ölçülən kəmiyyətin zaman ərzində dəyişməsindən asılı olaraq ölçmə vasitələrinin aşağıdakı xətaları vardır:



    • Statik xəta – zaman ərzində sabit qalan kəmiyyəti ölçdükdə yaranan xətadır.

    • Dinamik xəta – dinamik rejimdəki xəta ilə baxılan za­man anında ölçülən kəmiyyətin qiymətinə uyğun olan statik xəta arasındakı fərqdir.

    Yaranma şəraitindən asılı olaraq aşağıdakı xətalar möv­cud­dur:

    • Əsas xəta – normal şəraitdə istifadə olunan ölçmə vasi­təsinin xətasıdır ( normal şərait temperatur t = 20º ± 5º ; rütubət 65% ± 15% ; atmosfer təzyiqi 760 ± 30 mm civə sütunu götürülür ).

    • Əlavə xəta – ölçmə vasitəsinə təsir edən kəmiyyətlərdən birinin normal qiymətə nisbətən meyllənməsi və ya normal qiymətlər həddindən kənara çıxması nəticəsində yaranan xətadır.

    Ölçmə nəticələrinin xətalarının dəyişmə xarakterindən asılı olaraq aşağıdakı xətalar mövcuddur:

    • Sistematik xətalar – eyni bir kəmiyyətin təkrar ölçülməsində ya sabit qalır, ya da müəyyən qanunla dəyişir. Sistematik xətalar yaranma səbəblərinə görə alət xətası, metodiki xəta, qurğu xətası və subyektiv xətalara bölünür. Onları yaradan səbəblər müəyyən olunduqda aradan qaldırılır.

    • Təsadüfi xətalar – eyni bir kəmiyyətin təkrar ölçül­mə­sində təsadüfi olaraq dəyişir. Təsadüfi xəta təsadüfi kəmiyyətdir. Onların yaranma qanunları əvvəlcədən məlum olmur. Təsadüfi xətaların yaranma qanunlarının analitik həlli çox çətindir və ya hər hansı bir üsulla aradan qaldırılması prinsipcə mümkün deyildir.

    • Kobud xətalar – təcrübədə kobud səhvlər buraxılması nəticəsində gözlənildiyindən artıq alınan xətalardır. Səbəbi ölçmə vasitələrinin qeyri - normal vəziyyətdə olması, müşa­hidəçinin ölçmə cihazının göstərişini düzgün qeyd etməməsidir.

    Ölçmə cihazları üçün əsas xəta onların dəqiqilik sinfinə görə təyin olunur. Cihazın dəqiqlik sinfi ( K ) onun şkalasında və ya texniki pasportunda göstərilir. Dəqiqlik sinfi ölçmə vasitə­sinin xətasının sıfıra yaxınlığını əks etdirən keyfiyyətdir. Elek­trik ölçmə cihazları doqquz dəqiqlik sinfinə bölünürlər:

    0,02; 0,05; 0,1; 0,2; 0,5; 1,0; 1,5; 2,5; 4,0.



    Ölçmə cihazlarının təsnifatı

    Elektrik ölçmə cihazları aşağıdakı əlamətlərinə görə təsnif olunurlar:



    • Ölçmə nəticələrinin göstəricilərinə görə analoq və rəqəm ölçmə cihazları. Göstərişi ölçülən kəmiyyətin dəyişmələrinin kəsilməyən funksiyası olan elektrik ölçmə cihazları analoq cihazlar adlanır. Ölçmə informasiyasının giriş siqnalını diskret çıxış siqnalına avtomatik çevirən və göstərişi rəqəm formasında təsvir olunan elektrik ölçmə cihazları rəqəm cihazları adlanır.

    • Ölçmə üsuluna görə birbaşa qiymətləndirməli və müqayisə cihazları;

    • Tətbiq olunma xarakterinə görə stasionar və qeyri – stasionar cihazlar;

    • Mühafizəsinə görə adi və xüsusi ( hermetik, tozdan və sudan qorunan ) cihazlar;

    • Göstərişləri təsvir etmə formasına görə göstərici və qeydedici cihazlar.

    • Göstərişi iki və daha artıq kəmiyyətin cəmi ilə funksional əlaqədar olan elektrik ölçmə cihazları cəmləyici cihazlar adlanır. Göstərişi ölçülən kəmiyyətin zamana görə və ya digər asılı olmayan dəyişənə görə inteqralı ilə müəyyən olunan cihazlar inteqrallayıcı cihazlar adlanır.

    • Cərəyanın növündən asılı olaraq sabit cərəyanla, dəyişən cərəyanla və həm sabit və həm də dəyişən cərəyanla işləyən ölç­mə cihazları vardır.

    • İşləmə prinsipinə görə cihazlar maqnitoe­lek­trik, elektromaqnit, elektrodinamik, elektrostatik, induksiya və digər sistemlərdə işləyən cihazlara bölünürlər.

    • Ölçülən kəmiy­yətin növünə görə ampermetr, voltmetr, vattmetr, ommetr və digər növlərə bölünürlər.

    Cihazlara quruluşuna, rütubətə, temperatura və silkələnməyə qarşı davamlılığına və s. görə xüsusi təlabatlar verilir. Ölçmə cihazları ayrıca cihaz şəklində və yaxud da avadanlığın tərki­bində olurlar.

    Rəqəm ölçmə cihazları

    Ölçmə texnikasının müasir vəziyyəti rəqəm ölçmə vasi­tələrinin sürətli inkişafı ilə xarakterizə olunur. Bu bir tərəfdən texnoloji proseslərin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin sənayedə geniş tətbiqi, mürəkkəb tədqiqatlar apardıqda elmi eksperimentin avtomatlaşdırılması ilə əlaqadar olaraq ölçmə texnikasına olan yüksək təlabatla, digər tərəfdən isə dəqiq elm­lərin və implus texnikasının rəqəm ölçmə texnikasının inkişafında lazımi texniki bazanın yaratması ilə əlaqədardır.



    Elektrik ölçmə texnikasının qarşısında duran məsələləri yalnız analoq ölçmə cihazlarından istifadə etməklə həll etmək çətindir. Onların həlli üstün cəhətlərə malik olan rəqəm ölçmə texnikasının geniş inkişafı sayəsində mümkündür. Rəqəm ölçmə cihazının struktur sxemi şəkil 4.1 - də göstə­rilmişdir.



    Şəkil 4.1. Rəqəm ölçmə cihazının struktur sxemi

    Sxemdə AÇ ölçülən kəmiyyəti analoq - rəqəm çevril­məsi prosesi aparmaq üçün ən münasib olan kəmiyyətə çevirən analoq çeviricisidir. ARÇ əsas siqnalın analoq formasını rəqəm formasına çevirən analoq – rəqəm çeviricisidir. İHQ informasi­yanın ilkin emalını yerinə yetirən ixtisaslaşdırılmış hesablama qurğusudur. GQ göstərici qurğu olub, ölçmənin nəticələrini özündə əks etdirir. İdQ idarəetmə qurğusunun vəzifəsi ölçmə prosesini müəyyən etmək və onu sinxron­laşdırmaqdır.

    Rəqəm ölçmə cihazı giriş siqnalını diskret çıxış siqnalına çevirir və siqnalın parametri rəqəm formasında təsvir olunur. Ölçülən analoq kəmiyyət avtomatik olaraq rəqəm koduna çevrilir və ölçmə nəticələri rəqəm qurğusunda ədədlər və ya elektrik kod siqnalları şəklində təsvir olunur. Siqnalın analoq formasının rəqəm formasına çevrilməsi prosesi analoq - rəqəm çevrilməsi, bu çevrilməni yerinə yetirən çevirici isə analoq - rəqəm çeviricisi adlanır.

    Rəqəm ölçmə cihazlarının aşağıdakı əsas üstünlükləri vardır:



    • Çox cəld işləmə qabiliyyətinə malikdir;

    • Ölçmənin dəqiqliyi çox yüksəkdir ( xətası 0,0005 % - ə qədərdir);

    • Yüksək həssaslıq və həlletmə qabiliyyətinə malikdir;

    • Ölçmə nəticələrini qeyd etmək və hesablamaq asandır;

    • Ölçmə nəticəsinin avtomatik qeyd olunması asandır;

    • Dəqiqliyi itirmədən nəticənin məsafəyə ötürülməsi və yadda saxlanması asandır;

    • Xətaları azaltmaq üçün, ölçmə prosesində nəticələrin avtomatik emalı mümkündür.

    Rəqəm ölçmə cihazları təsnifatına görə birbaşa çevirməli və müvazinətləndirmə ilə çevirməli olmaqla əsasən iki növə ayrılır. Bundan əlavə hər iki prinsiplə işləyən kombinə edilmiş rəqəm ölçmə cihazları da mövcuddur. Rəqəm ölçmə cihaz­larına elektron rəqəm voltmetrləri, rəqəmli tezlikölçən və digər ölçmə cihazlarını misal göstərmək olar. Rəqəm ölçmə cihaz­la­rının əsas xarakteristikalarına onların xətaları, ölçmə həddi (kə­miyyətin cihazda ölçülə bilən ən böyük və ən kiçik qiymətləri), həssaslığı, giriş müqaviməti, cəld işləmə qabiliyyəti, maneələrə qarşı davamlılığı və etibarlılığı aiddir. Rəqəm ölçmə cihaz­larında statik və dinamik xətalar olur. Statik xətalara diskretləmə xətası ( Δxd ), kvantlama səviyyələrinin realizasiya xətaları ( Δxr ), cihaza və onun elementlərinə maneələrin təsirindən yaranan xətalar ( Δxm ) daxildir. Dinamik xəta ölçülən kəmiyyətin cihazda qeyd olunmuş qiyməti ilə onun oxunma anındakı əsl qiyməti arasındakı fərqdir.

    Etibarlılığı artırmaq üçün müasir rəqəm ölçmə cihazları böyük inteqral mikrosxemlər əsasında hazırlanır. Yuxarıda göstərilən əməliyyatları bir mikrosxem yerinə yetirir.

    Rəqəm ölçmə cihazlarının inkişafı ölçmə vasitələrinin digər sahələrdə hərtərəfli istifadə olunmasına doğru yönəldilmişdir.

    Nümunəvi ikiqütblülər

    Nümunəvi cihazlar bəzi cihazların yoxlanmasında, dəqiq laboratoriya təcrübələrində tələb olunan ölçmələrdə iştirak edir və lazımi ədədi qiymətləri tapmaq üçün istifadə olunur. Onlar əsasən rezistordan, kondensatordan, induktiv sarğıdan və onların birləşməsi şəklində hazırlanır. Bu birləşmə mağaza adlanır və aşağıdakı növlərə bölünür:



    • Müqavimətlər mağazası

    • İnduktivliklər mağazası

    • Tutumlar mağazası

    Müqavimətlər mağazası ayrı - ayrı sarğı şəkilli müqavi­mət­lərdən ibarət olmaqla seksiyalarla sarınır və birinin başlanğıcı digərinin sonu ilə birləşdirilir. Bu halda cəm maqnit selinin qiyməti və onun sxemə təsiri azalır. Müqavimətlər mağazası ölçmə zamanı etalon cihaz ki­mi istifadə edilir. Həmçinin müqavi­mətlər mağazasından gərginlik bölücüsü kimi də istifadə etmək olur. Çox vaxt müqavi­mətlər mağazası dövrəyə cərəyanı və yaxud gərginliyi tənzim etmək üçün qoşulur. Müqavimətlər mağazasının sadə sxemi şəkil 5.1 – də göstərilmişdir:



    Şəkil 5.1. Müqavimətlər mağazasının sxemi

    Müqavimətlər mağazası 0,001% dəqiqlikdə hazırlanır.



    Tutumlar mağazası ayrı - ayrı sabit tutumlu və ya dəyişən tutumlu kondensatorlar şəklində hazırlanır və əsasən hava dielektrikli və slüdalı kondensatorlardan istifadə olunur. Tutumlar mağazasının sxemi şəkil 5.2 – də göstərilmişdir.



    Şəkil 5.2. Tutumlar mağazasının sxemi

    Tutumlar mağazasının xətası onun dəqiqlik sinfinə görə təyin olunur.

    Rabitə texnikasında induktivliklər mağazasından da istifadə olunur. Bu mağazalar çox damarlı naqillərdən hazırlanır. İnduktivliklər mağazasının sxemi müqavimətlər mağazasının sxeminə oxşardır. Lakin induktivliklər mağazasında çeviricinin müxtəlif vəziyyətlərində aktiv müqavimətin qiymətinin eyni olması üçün qarışdırıcı sxemdən istifadə olunur. İnduktivliklər mağazası kimi variometrdən və tək sarğı sistemindən istifadə olunur. Sarğılar maksimum 0,001; 0,01; 0,1; 1,0 və 10 Hn qiymətlərində hazırlanır.



    Download 1.11 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   22




    Download 1.11 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Elektrik ölçü vahidlərinin şərti işarələri

    Download 1.11 Mb.