• Şəkil 5.3. Sönmə
  • Köməkçi qurğular
  • Şəkil 5.4.. Gərginlik bölücülərinin prinsipial sxemləri
  • Şəkil 5.5. Ölçü süzgəcində sönmə xarakteristikası Cərəyanın ölçülməsi
  • Şəkil 6.1. Ampermetrlə cərəyanın ölçülməsi sxemi
  • VƏ vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat




    Download 1.11 Mb.
    bet3/22
    Sana18.09.2020
    Hajmi1.11 Mb.
    #11408
    1   2   3   4   5   6   7   8   9   ...   22

    Nümunəvi dördqütblülər

    Rabitə texnikasında nümunəvi dördqütblülər dövrəyə sönmə tətbiq etməklə gərginliyin qiymətini azaltmaq üçündür. Bu məqsədlə sönmə mağazası geniş tətbiq olunur. Sönmə mağazası - giriş ilə çıxış arasında cərəyanı, gərginliyi və gücü müəyyən nisbətdə bölən passiv dördqütblüyə deyilir və yüksək keyfiyyətli rezistorlardan yığılır. Sönmə mağazası neper və desibellə dərəcələnir, sönmə və güclənməni ölçdükdə istifadə olunur.



    Sönmə mağazası sxemin quruluşuna görə simmetrik və qeyri - simmetrik olurlar. 600 kHs tezlik diapazonuna qədər simmetrik, daha yüksək diapazonlarda qeyri - simmetrik sxemli sönmə mağazasından istifadə olunur. Şəkil 5.3 – də rezistorların birləşmə sxemlərinə görə müxtəlif sönmə mağazalarının sxemləri göstərilmişdir:



    Şəkil 5.3. Sönmə mağazasında rezistorların birləşmə sxemləri: a) T şəkilli, b) H şəkilli c) П şəkilli ç) körpü

    d) T şəkilli örtülü e) T şəkilli simmetrik

    Sönmə mağazasının manqalarının sayı 3 - dən artıq birləş­dirilmir. Əks halda müqavimətin qiyməti çoxalır və siqnalın ötürülməsi çətinləşir. Sönmə mağazası ayrıca cihaz şəklində və ya avadanlığın tərkibində olur.



    Köməkçi qurğular

    İstehsalatda ölçməni asanlaşdırmaq üçün köməkçi qurğulardan istifadə olunur. Bu qurğular aşağıdakılardır:



    Gərginlik bölücüləri. Aktiv müqavimətlərdən, tutumlardan və induktivliklərdan yığılır. Sxemlərinə görə paralel və ardıcıl olurlar. Bölücülərdən kiçik güc tələb edən sxemləri qidalandırmaq üçün istifadə etmək olur. Gərginlik bölücülərinin prinsipial sxemləri şəkil 5.4 – də göstərilmişdir:



    Şəkil 5.4.. Gərginlik bölücülərinin prinsipial sxemləri

    Siqnalları artıq harmonikalardan təmizləmək üçün ölçü süzgəclərindən istifadə olunur. Ölçü süzgəcləri əsasən alçaq tezlikli və yüksək tezlikli olur.



    Şəkil 5.5.a - da alçaq tezlikli ölçü süzgəcində, şəkil 5.5. b - də isə yüksək tezlikli ölçü süzgəcində sönmə xarakteristikası göstərilmişdir.



    Şəkil 5.5. Ölçü süzgəcində sönmə xarakteristikası

    Cərəyanın ölçülməsi

    Elektrik cərəyanı, gərginlik və gücün ölçülməsi rabitə texni­kasında tez – tez rast gəlinən ölçmələrdir. Sabit və dəyişən cərəyan dövrələrində cərəyan və gərginliyin qiyməti bir neçə hersdən yüzlərlə meqahers tezlik diapazonunda ölçülür. Yüksək tezliklərdə gərginliyin qiymətini təyin etmək cərəyanın qiymətini təyin etməyə nisbətən əlverişlidir. Cərəyanın qiymətini alçaq tezliklərdə daha dəqiq təyin etmək mümkündür. Cərəyanın qiymətinin daha dəqiq təyini sabit cərəyan dövrələrində mümkündür. Çünki dəyişən cərəyanın qiymətinin dəqiqliyi tezlikdən asılıdır: tezlik artdıqda dəqiqlik azalır.

    Dəyişən və sabit cərəyan dövrəsində cərəyan şiddətini ölçmək üçün ampermetrdən istifadə olunur. Ampermetrin göstərişi dövrədən axan cərəyanın qiymətindən asılıdır. Ampermetr elektrik dövrəsinə ardıcıl qoşulur ( şəkil 6.1.a ). Ölçmə diapazonunu artırmaq üçün şuntdan və ya ölçü transformatorundan istifadə olunur. Analoq cihazın şkalası ölçü diapazonundan asılı olaraq mikroamper ( mkA ), milliamper ( mA ) və ya kiloamperlə ( kA ) dərəcələnir. Ampermetrin dövrəyə təsirini azaltmaq üçün onun daxili müqaviməti çox kiçik olmalıdır. Ölçülən cərəyan ampermetrin ölçü sisteminin mütəhərrik hissəsinə təsir göstərərək onu cərə­yanın qiymətinə müvafiq meyl etdirir.

    Müasir ampermetrlərin xətası ölçmə həddinin nominal qiymətinin ( şkalanın yuxarı qiymətinin ) ± 0,1% - dən ± 4% - ə qədərini təşkil edir. Ampermetr temperatur dəyişmələrinə ( – 600 C – dən 600 C – dək ), vibrasiya və silkələnməyə davamlı olmaq­la 80 – 90% nisbi rütubətdə işləyə bilir.

    Quruluşuna görə bu cihazlar maqnitoelektrik, elektromaqnit, termoelektrik, elektrodinamik və ferrodinamik tipli olurlar.

    Maqnitoelektrik tipli ampermetrlər – kiçik qiymətli sabit cərəyan dövrə­lərində ölçmə aparmaq üçün istifadə olunur. Elektroma­qnit ampermetrlər – sabit və dəyişən cərəyan dövrələrindən axan cərəyan şiddətini ölçmək üçün nəzərdə tutulmuşdur. Bu tip cihazlar adətən 50 Hs sənaye tezlikli dəyişən cərəyan dövrələrində cərəyan şiddətini ölçmək üçün istifadə olunur. Elektromaqnit ampermetrlər ölçü mexanizmindən, cərəyan şiddətinin vahidi ilə dərəcələnmiş şkaladan və sarğıdan ibarətdir. Cərəyan şiddətinin böyük qiymətlərini ( 200 Amperdən yüksək ) ölçmək üçün sarğı­nın hazırlanmasında en kəsiyi qalın olan naqildən istifadə edilir. Sənayedə, istehsalatda və rabitə texnikasında elektromaqnit ampermetrlərin tətbiqi çox geniş yayılmışdır. Termoelektrik ampermetrlər yüksək tezlikli dəyişən cərəyan dövrələrində ölçmə aparmaq üçündür. Elektrodinamik ampermetrlərdən yüksək tezlikli sabit və dəyişən cərəyan dövrələrində istifadə edilir. Bu cihazlardan əsasən nümunəvi və sınaq cihazı kimi istifadə edilir. Cihazın tərkibi elektromaqnit ölçü mexanizmindən və hesabat qurğusundan ibarətdir. Cərəyan şiddətinin maksimal qiymətinin ölçülməsindən asılı olaraq sarğılar ardıcıl və ya paralel qoşulur: cərəyan şiddətinin kiçik qiymətlərini ölçən zaman sarğılar ardıcıl, böyük qiymətlərini ölçən zaman paralel birləşdirilir.

    Ferrodinamik ampermetrlər quruluşuna görə möhkəm və davamlıdır, maqnit sahəsinin təsirinə az həssasdır. Bu tip cihazdan avtomatik nəzarət sistemlərində istifadə edilir.

    Baxdığımız cihazların hər biri ölçülən kəmiyyətin müəyyən hüdudda qiymətinin təyin edilməsi üçün nəzərdə tutulmuşdur. Ampermetr cihazının maksimal ölçmə diapazonlarında ölçmə aparmaq xüsusiyyəti vardır. Bu məqsədlə ampermetrə paralel ola­raq keçirici naqil ( şunt ) birləşdirilir. Ölçülən cərəyanın bir hissəsi bu keçirici naqil vasitəsilə axır. Keçirici naqilin müqa­vimətini elə hesablamaq lazımdır ki, ampermetrdən keçən cərə­yan şiddətinin qiyməti onun maksimal icazə verilən qiymətindən çox olmasın. Bu müqavimətə şuntlayıcı müqavimət deyilir. Şəkil 6.1.b – də şuntlayıcı müqavimət qoşulmuş ampermetrin sxemi verilmişdir. Ampermetr cihazı şuntlayıcı müqavimətin hesabına 10 dəfələrlə artıq qiymətə malik cərəyan şiddətini ölçməyə imkan verir. Lakin ölçmənin dəqiqliyi o qədər dəfə az olacaqdır.





    Şəkil 6.1. Ampermetrlə cərəyanın ölçülməsi sxemi

    Cərəyanın növündən, qiymətindən, formasından və tezliyindən asılı olaraq ölçmələr müxtəlif üsullarla aparılır. Ən geniş yayılmış üsullar birbaşa qiymətləndirmə və müqayisə üsuludur. Birbaşa qiymətləndirmə üsulunun əsasını nəticənin birbaşa ampermetrin göstərişinə əsasən təyin olun­ması təşkil edir. Bu üsul cərəyanın qiymətini mikroamper­dən bir neçə kiloamperə qədər təyin etməyə imkan verir.

    Müqayisə üsulu birbaşa qiymətləndirmə üsulundan fərqli olaraq nəticənin daha dəqiq təyin edilməsinə imkan verir. Bu üsul sabit və dəyişən cərəyan kompensatorlarında və elektron voltmetrlərində tətbiq edilir.

    Cərəyanı ölçmək üçün istifadə olunan dolayı üsul kəmiyyətin qiymətinin dəqiq təyin edilməsində və əsas etibarilə ampermetrlərin dəqiq dərəcələnməsində istifadə olunur.




    Download 1.11 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   22




    Download 1.11 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    VƏ vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat

    Download 1.11 Mb.