• Şəkil 10.2. Müqayisə üsulunun sxemi
  • Ossilloqraf üsulu
  • Şəkil 10.3. Ossilloqraf üsulunun sxemi
  • Şəkil 10.4. Lissaju fiqurları ilə tezliyin ölçülməsinə nümunələr
  • Şəkil 10.5. Ekranda işıqlı qövsün alınması
  • VƏ vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat




    Download 1.11 Mb.
    bet8/22
    Sana18.09.2020
    Hajmi1.11 Mb.
    #11408
    1   ...   4   5   6   7   8   9   10   11   ...   22

    Müqayisə üsulu. Ən sadə akustik müqayisə üsulu iki ədəd generatordan istifadə edilməklə aparılır. Generatorları şəkil 10.2 – dəki sxem üzrə qoşurlar:



    Şəkil 10.2. Müqayisə üsulunun sxemi

    fx - naməlum G2 generatorun tezliyi, f0 – məlum etalon G1 generatorun tezliyidir. Bu zaman fx və f0 tezlikləri qiymətcə çox fərqli olduqda telefondan iki ton eşidilir. Dəyişən intensivlikli fdəy = fx - f0 tezlikli ton fx və f0 tezliklərinin yaxın qiymətlərində, monoton səs fx = f0 qiymətində eşidilir. Beləliklə ölçmə zamanı tezliklər arasında fərqi azaltmaqla döyünmə siqnalını eşitmək və bu döyünməni tamamilə aradan qaldırmaq lazımdır. Nəticədə



    fx = f0 olduqda monoton səs alınacaqdır. Ölçmə yüksək omlu telefondan istifadə etməklə aparılır.

    Ossilloqraf üsulu. Sinusoidal formalı tezlikləri Lissaju fiqurları və ya dairəvi açılış vasitəsilə müqayisə etmək üçün elektron ossilloqraf tətbiq edilir. Lissaju fiqurlarını almaq üçün ossilloqrafın daxili xətti açılışı söndürülür. Nümunəvi G1 generatorun siqnalı Y girişinə, tezliyi ölçülən siqnal isə X girişinə verilir ( şəkil 10.3 ).



    Şəkil 10.3. Ossilloqraf üsulunun sxemi

    Ümumi halda ( təsadüfi tezliklərdə) işıqlanan düzbucaqlı ( kvadrat ) müşahidə edilir. Tezliklər bərabərdirsə ekranda ellips, dairə və ya diaqonal üzrə düz xətt görünəcəkdir. Tezliklərin nisbəti tam ədədlərdirsə ( 2; 3 və s.) ekranda “səkkizvari” və daha mürəkkəb fiqurlar müşahidə olunacaqdır. Şaquli və üfüqi oxlar üzrə fiqurun kəsişmə nöqtələrinin sayları nisbəti, tezliklərin nisbətini təyin edir:

    f0 / fx = ny / nx buradan  (10.5)

    Burada nx - x oxu ilə fiqurun kəsişmələrinin sayı, ny - y oxu ilə fiqurun kəsişmələrinin sayıdır. f0 – məlum tezlikdir. Nümunəvi tezlik kimi 50 Hs sənaye tezliyindən istifadə etmək olar.



    Fransız alimi Lissaju ilk dəfə bu üsulla ölçmə apar­dığına görə bu üsulun digər adı Lissaju əyriləri üsulu adlanır. Şəkil 10.4 – də Lissaju fiqurları ilə tezliyin ölçülməsinə aid nümunələr göstərilmişdir:



    Şəkil 10.4. Lissaju fiqurları ilə tezliyin

    ölçülməsinə nümunələr

    Ossilloqraf üsulunun nisbətən sadə variantında nümunəvi tezlikli f0 siqnal mənbəyi kimi G1 generatoru tətbiq olunur. Bu üsulda dairəvi açılış təsvirinin parlaqlığının modulyasiyasından istifadə olunur. Nümunəvi f0 tezlikli gərginlik R1 C1 faza sürüşdürücü dövrə vasitəsilə üfüqi və şaquli girişlərə verilir. Ossilloqrafın gücləndiricisinin güclənmə əmsallarını tənzimləməklə ekranda çevrə alınır. Ölçülən fx tezlikli gərginlik elektron – şüa borusunun modulyatoruna ( Z girişi ) verilir ( şəkil 10.5 a ). Bu zaman əgər f0 və fx tezlikləri bir – birindən tam ədəd nisbətilə fərqlənərsə, ekranda işıqlı qövs alınır ( şəkil 10.5 b ).





    Şəkil 10.5. Ekranda işıqlı qövsün alınması

    İşıqlı ştrixlərin ( qırıq xəttlərin ) sayı

    k = fx ( 10.6 )

    f0

    olacaqdır. Əgər fx < f0 olarsa, tezliklərin mənbələrinin yeri dəyişdirilir. Bu üsulda ölçmənin dəqiqliyi praktik olaraq nümunəvi generatorun dəqiqlik sinfindən asılıdır.

    Lissaju fiqurları tezliklərin 1:5 nisbətindən 5:1 nis­bətinə qədər təyin etməyə imkan verir. Dairəvi açılışda isə bu nisbətlər 1:1 – dən 20:1 - ə qədər ola bilər. Bu üsuldan orta tezlikləri ölçmək üçün istifadə olunur.




    Download 1.11 Mb.
    1   ...   4   5   6   7   8   9   10   11   ...   22




    Download 1.11 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    VƏ vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat

    Download 1.11 Mb.